Reklam
Reklam

Bütün lüğətlər

adyunktura [adyunk'tura] isim lat. adjunctusəlavə, sıx birləşmə

Pedaqogika. Hərbi təhsil müəssisəsində dоktоranturaya bərabər tutulan yüksəkiхtisaslı elmi-pedaqоji kadrların hazırlanması mərhələsi. □ Adyunktura keçmək.

Azərbaycan dilinin izahlı lüğəti

aero... [ayro] yun. aero – hava

Müxtəlif sözlərə qoşularaq hava, fəza ilə bağlı mənalar yaradır; məs.: aerobus, aerostat.

Azərbaycan dilinin izahlı lüğəti

aerobika [ayrobik'a] isim  ing. aerobics < aero... + bios – həyat

Ritmik musiqi sədaları altında müxtəlif hərəkətlərlə müşayiət olunan gimnastika; ritmik rəqs. Aerobika məşğələsi.

Azərbaycan dilinin izahlı lüğəti

aerobus [ayrobus] isim aero... + lat. omnibus – hamı üçün

Nəqliyyat. Orta və uzaq məsafələrə uçan, çox sərnişin tutan təyyarə. □ Müasir aerobus.

Azərbaycan dilinin izahlı lüğəti

aerologiya [ayralogiya] isim yunan

1. Coğrafiya. Havanın üst təbəqələrinin fiziki, kimyəvi və başqa xassələrini tədqiq edən elm.

2. Geologiya. Mədənlərin atmosferini, yeraltı boşluqlarda və yollarda havanın tərkibini və onun hərəkət xüsusiyyətlərini öyrənən elm sahəsi.

Azərbaycan dilinin izahlı lüğəti