Arxaizm. Ucu toppuzlu uzun dəmir. □ Dəmirçilər əngəduşla kürəni qarışdırırlar.
1. Bir şeyin başa yetməməsinə, ya təxirinə səbəb olan şey; maneə, çətinlik. □ İş əngələ düşəndə, allah da yada düşər. (Atalar sözü). 2. Azar, xəstəlik, yaxud nöqsan, çatışmazlıq mənasında. □ Heyvanda əngəl var.
Həmçinin bax:
1. Əngəl törətmək, çətinlik törətmək, əngəl olmaq. □ İşin gedişini əngəlləmək. 2. Azarlı olmaq, zəifləmək, səhhəti korlanmaq. □ Canı əngəlləyibdir.
Əngəli olan, çətin, dolaşıq, cəncəl, xatalı. □ Əngəlli məsələ. Əngəlli iş.
Əngəli olmayan, maneəsiz, asan başa gələn, çətinliklə bağlı olmayan, xatasız. □ Əngəlsiz iş.
Dialekt. Çox çətin düzələn, böyük çətinliklərlə, əngəllərlə bağlı olan. □ Əngəl-üzar iş.
Dialekt. Saxsı ləyən, laxan, paltar yumaq üçün təknə; tabaq. □ Həyətin bir səmtində var idi əngənək, yanında çoxluca yuyulmuş paltar qalanmışdı. (C.Məmmədquluzadə).
Çoxdanışan, boşboğaz, çənədən boş, naqqal. □ Əngiboş adam.
1. Geniş, vüsətli, açıq, ucu-bucağı olmayan. □ Əngin səma. Əngin üfüqlər. 2. İsim kimi: genişlik, vüsət, açıqlıq; dənizin sahildən uzaq nöqtələri. □ Xəyalımın qanadında ənginlərə yol açdım; Gəzdim döyüş meydanını, səhraları dolaşdım. (R.Rza).
Genişlik, vüsət, açıqlıq; dənizin sahildən uzaq nöqtələri. □ ..Ovçu gözləri göyün ənginliklərini seçir, sirli və dərin havanın içinə girə bilirdi. (Ə.Vəliyev).
Çaylar.
Yırtıcı, sərt heyvan balası. □ Həyətlərində ənik bir it var.
İnləmə, inilti, zarıltı. □ Pianinodan həzin bir ənin qalxıb, bağçanın sükutu içində titrəyərək söndü. (İ.Əfəndiyev).
Yaxın dost, ürək dostu, həmdəm. □ Hələ bomboş otaqların qalın divarları arasında anasının yeganə ənis və munisidir. (A.Şaiq).
Klassik ədəbiyyatda hörümçək mənasında işlənmişdir. □ Cida düşüb ulusundan, elindən; Ənkəbut tək can asılır telindən.. (Aşıq Ələsgər).