Bax: əlif-əlbəttə.
Arxaizm. Mütləq, yəqin, şübhəsiz. □ Əlbəttə, əlif-əlbəttə əl əli yuyar, əl də üzü. (S.Rəhimov).
Qumar və s. oyunlarda daim bəxti gətirən, həmişə udan.
Əlinə pul keçməyən; yoxsul, fəqir.
Mahir atıcı, atıcılıqda cəld olan. □ Əliisti adamın əlindən ov qurtara bilməz.
Əldən çapıq; zirək, cəld. □ Əliiti adam.
Zoologiya. Vəhşi keçi; geyik. □ Əlik qayadan atılıb düzənlikdə ox kimi süzür. (M.İbrahimov).
Yoxsul, pulsuz.
Yoxsulluq, pulsuzluq.
1. Cismani əməklə, xüsusilə əl əməyi ilə məşğul olan. □ Əliqabarlı fəhlə. 2. Məcazi mənada: zəhmətkeş, əməkçi.
1. Əlində qamçı olan, əlində qamçı tutmuş. □ Əliqamçılı süvari. Əliqamçılı polislər.
2. Məcazi mənada: zalım, qəddar, zülmkar mənasında.
Əllərinə qandal vurulmuş; dustaq, əsir.
Cinayətkar, qatil, cani. □ Əliqanlı cinayətkarlar öz cəzalarına çatacaqlar.
Xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş; şikəst. □ Əlil uşaq. Əlil adam.
Əlil adamın hal və vəziyyəti. □ Təqaüdün miqdarı əlillik dərəcəsinə görə təyin edilir.