1. Lovğalanmaq, təkəbbürlənmək, iddialanmaq, kəkələnmək. □ Lal Hüseyn ürəklənib şaxlandı. (M.İbrahimov).
2. Şax dayanmaq, dikəlmək. □ ...Kəyan ayağa qalxdı və ufultu ilə bir şaxlanıb belini dikəltdi. (Ə.Əbülhəsən).
3. Dal ayaqları üzərinə qalxmaq, şahə qalxmaq (at).
İlahiyyat. Məhərrəmlikdə imam Hüseynin qətli günlərində şiələrin mərsiyə, növhə oxuya-oxuya başlarına, sinələrinə vurub şivən qoparma mərasimi (sözün əsli “Şah, Hüseyn! Vah, Hüseyn!”-dir). □ Şaxsey-vaxsey sədası eşidilir. (Ə.Haqverdiyev).
Azərbaycan dilinin izahlı lüğəti