1. Ağacdan, koldan ayrılan budaq, qol; dal. □ Ağacdan iki şax ayrılıb. Pambıq kollarının şaxı.
2. Ağacın qırılıb yerə tökülmüş yarpaqlı qol-budağı. □ Kəlbalını yolun qırağında şax, şəvəlin içərisində zarıyan bir halda tapmış və götürmüşdülər. (S.Rəhimov).
3. Məcazi mənada: soyuqluq, şaxta. □ Gün çıxdı, havanın şaxı sındı.
4. Sifət kimi: hamar, düz; əzgin olmayan. □ Şax paltar.
5. Sifət kimi: düz, sərrast, dümdüz, dik. □ ...şax və nazikbədənli Şirzadı içəri buraxdı. (M.İbrahimov).
Həmçinin bax: