Reklam
Reklam

Bütün lüğətlər

şimal [şimal] isim ərəb

1. Coğrafiya. Dünyanın cənuba əks olan cəhəti, səmti. □ Kompasın əqrəbi şimalı göstərir.

2. Avropa və Asiya qitələrinin lap qurtaracağı boyunca soyuq iqlim zonasında yerləşən ərazi; həmin ölkələrə aid olan, mənsub olan. □ Şimal xalqları. Şimal ekspedisiyası.

Həmçinin bax:

coğrafiya: Şimal qütb dairəsi coğrafiya: şimal qütb parıltısı coğrafiya: Şimal qütbü coğrafiya: şimal tropiki coğrafiya: Şimal yarımkürəsi Azərbaycan dilinin izahlı lüğəti

şimal-qərb [şimal-qərb] isim

Coğrafiya. Üfüqün şimalla qərb arasındakı hissəsi, cəhəti; ölkənin, dövlətin, qitənin bu istiqamətdə, bu səmtdə yerləşən yerləri, hissəsi. □ Şimal-qərb küləyi. Qafqazın şimal-qərbi.

Həmçinin bax:

coğrafiya: şimal-qərb keçidi Azərbaycan dilinin izahlı lüğəti

şimal-şərq [şimal-şərk'] isim

Coğrafiya. Üfüqün şimalla şərq arasındakı hissəsi, səmti; ölkənin, dövlətin, qitənin bu istiqamətdə yerləşən yerləri, hissəsi. □ Şimal-şərqə tərəf istiqamət almaq. Afrikanın şimal-şərqi.

Həmçinin bax:

coğrafiya: şimal-şərq passatı Azərbaycan dilinin izahlı lüğəti