1. Tarix. 1979-cu il İran islam inqilabına qədər İran şahlarının titulu. □ Şücaiddövlə imperator hökuməti ilə şahənşah hökuməti arasında ... bir uçurum yaratmışdı. (M.S.Ordubadi).
2. Məcazi mənada: başçı, padşah. □ Bəs mənəm quşların şahənşahı; Durna oldu bu nəqlin agahı. (S.Ə.Şirvani).
Arxaizm. Beşqəpiklik qara pul (adətən saylarla). □ Abbasını bəyənməyən beş şahı çıxardar. (Atalar sözü).
Həmçinin bax:
1. Bir hadisəni, əhvalatı, işi öz gözü ilə görmüş və ya görən adam. □ Mən bu hadisələrin şahidiyəm.
2. Özünə məlum olan bir iş haqqında şəhadət vermək üçün məhkəməyə çağırılan şəxs. □ Dava üçün bir qazı, isbat üçün min şahid. (Atalar sözü)
Arxaizm. Gözəl, göyçək.
Apardı könlümü bir xoş qəmər yüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər. (İ.Həsənoğlu)
Həmçinin bax:
1. Gözü ilə gördüyü və ya bildiyi bir hadisə və ya iş haqqında bir şəxsin məlumat verməsi, şahid durması.
2. Bir şeyin həqiqiliyini, düzlüyünü rəsmən təsdiq etmək üçün bir işdə iştirak etmə. □ ...Qəmər xanımın şahidliyi ilə Zeynalın ... evlənməsi zaqsda qeyd olundu. (S.Hüseyn).
3. Məhkəmədə şahidin verdiyi məlumat; şəhadət. □ Şahverdi yalançı şahidlik eləyib çox adamı nahaqdan tutdurubmuş. (İ.Əfəndiyev).
1. Zoologiya. Möhkəm əyridimdikli, uzun, itiqanadlı yırtıcı quş. □ Şahin, şunqar sürbənizi dağıdar; Boyanarsız qızıl qanə, durnalar! (M.V.Vidadi).
2. Məcazi mənada: cəsur, mərd, igid, qorxmaz adam haqqında. □ ...Təbriz, inqilablar ocağı Təbriz; Aslanlar, şahinlər oylağı Təbriz. (M.Şəhriyar).
3. Məcazi mənada: obrazlı təşbehlərdə təyyarə və təyyarəçilərə verilən təntənəli ad. □ Bəzən də qartal kimi sən iki qanad üstdə; Şahinlərin qonduğu zirvələrə dayanır... (A.İldırım).
1. Zoologiya. Zəhərli, iri ilan cinsi. □ İndi Kür boyunca, Araz boyunca; Gürzələr, şahmarlar çəkilir qına. (S.Vurğun).
2. Obrazlı təşbehlərdə gözəlin saçı mənasında işlədilir. □ Kəmənd kimi tökülübdür gərdənə; Dönübdür sərasər şahmara tellər. (M.P.Vaqif).
Həmçinin bax:
1. İdman. 64 açıq və tünd xanası olan taxta üzərində 16 ağ və 16 qara fiqurdan hər birini müəyyən qaydalarla hərəkət etdirərək oynanılan oyun. □ Şahmat da həyat kimidir – mübarizəsiz və ehtirassız oynayanda ləzzət vermir. (M.İbrahimov).
2. Şahmat oyunu üçün fiqurlar komplekti. □ Mən bütün şahmat fiqurlarının qabaqcadan əsaslı surətdə ... hərəkət etməsini istəyirdim. (İ.Əfəndiyev).
3. Şahmat taxtası kimi (xana-xana şəklində) olan. □ ...xiyabanın qırmızı əqiq daşları şahmat taxtası şəklində döşədilmişdi. (M.S.Ordubadi).
Həmçinin bax:
1. Klassik ədəbiyyatda quş qanadının uzun tükləri, lələk; qanad mənalarında işlənmişdir. □ O dərinliklərə, boşluqlara uçduqca xəyal; Sanki çırpınmada bir şahpəri yanmış qartal. (H.Cavid).
2. Klassik ədəbiyyatda obrazlı təşbehlərdə quş qanadının uzun tükləri, lələk; qanad mənalarında işlənmişdir. □ Fikir, xəyal şahpərində çöllər keçər, dağlar aşar; Dərdinə tapmaz bir çarə, ona yalnız bir təsəlli. (A.Şaiq).