1. Arasıkəsilmədən şiddətlə yağan; gur (yağış haqqında). □ Amma məzə burasındadır ki, yağış da nataraş kimi başlayır şıdırğı ilə yağmağa. (C.Məmmədquluzadə).
2. Zərf kimi məcazi mənada: aravermədən, cəld, çox sürətlə. □ Başqa şeydə göstərirəm istedadımı; Mən şıdırğı həftədə bir roman yazıram. (S.Rüstəm).