Günəş, gün. □ O necə quş idi anasını əmər; Havada dövr edər, şəms ilə qəmər? (Xəstə Qasım).
Günlük, çətir, zontik. □ Sona qaranlıq küçədə şəmsiyyəsiz yağışın altında durmuş... (Ə.Əbülhəsən).
Günəş və Ay (Şərq ədəbiyyatında gözəlin camalına təşbeh). □ Ey şəms-qəmər yüzlü, şirin dodağın duzlu; Vey şəhdü şəkər sözlü, didarına müştaqəm. (İ.Nəsimi).
Qılınc. □ İş atışmadan ötüb, şəmşir və xəncər ilə bir-birinə həmlə etməyə çatdı. (M.F.Axundzadə).
Qılıncoynadan.
Sevinc, sevincli, şad, məmnun. □ Böyük günlər, şanlı günlər, şən günlər; Yoluna düşən günlər; Hələ qarşımızdadır. (M.Müşfiq).
Bax: şan (1-ci mənaya).
Həmçinin bax:
Həftənin cümədən sonra gələn günü. □ Şənbə günü.
Yavan, yağsız (çox zaman “şəndir-şündür” şəklində işlənir). □ Şəndir ət.
Bax: şənləndirilmək.
Şən edilmək, şadlandırılmaq, fərəhləndirilmək.
Bax: şənləndirmək.
Şən etmək, fərəhləndirmək, könlünü açmaq, canlandırmaq, ruhlandırmaq. □ Şənləndirir hər kəsi; Bir musiqi məclisi. (A.Şaiq).
Bax: şənlənmək.
1. Sevinmək, fərəhlənmək, şadlanmaq, açılmaq; üzü gülmək. □ Söyləmiş, biz onunla əyləndik; O da şənləndi, biz da şənləndik. (A.Şaiq). 2. Məcazi mənada: canlanmaq, ruhlanmaq.
Bax: şənləşmək.