Bir şeyin gerçəkliyinə, doğruluğuna şübhə etmə; şübhə, güman, zənn. □ Çün sənə şəkkim var; Məcnun isən, eylə halın izhar. (M.Füzuli).
Həmçinin bax:
1. Hər şeyə şübhə edən, şübhə ilə baxan, heç şeyə inanmayan, şəkli. □ Şəkkakdır o, şəkkak. Heç şeyə inanmır. (B.Bayramov).
2. İsim kimi: hər şeyə şübhə edən, şübhə ilə baxan, heç şeyə inanmayan, şəkli adam. □ Şəkkakə lənət, – deyə dışarı sıçradı. (B.Talıblı).
1. Heç bir şəkk, şübhə olmadan, yəqin, sözsüz, gerçək. □ Birisi bu dünyada günahsız yerə bir qarışqanı tapdayıb öldürmüş olsa, orada şəkk-şübhəsiz sorğu-sual olunacaqdır. (S.Rəhimov).
2. Sifət kimi: heç bir şəkk, şübhə olmadan, yəqin, sözsüz, gerçək.
1. Qulaqlarını şəkləmək – səs və s.-dən hürkərək qulaqlarını dikləmək. □ Birdən atlar səs eşidib qulaqlarını şəklədilər. (T.Ş.Simurq).
2. Məcazi mənada: qulaqlarını şəkləmək – çox maraqlanmaq, bir şeyi eşitmək həvəsində olub bütün diqqətini ona vermək. □ Əsgər ağa birdən qulaqlarını şəklədi, ətrafı dinləməyə başladı. (S.Rəhman).
Həmçinin bax: