1. Bir şəxsə xas olub onun fərdiyyətini müəyyən edən xüsusiyyətlərin məcmusu. □ Alarsa hər gecə üç-dörd nəfər əşxas gər vədim; Nə qəm, beş-altı da olsa, mənim şəxsiyyətim artır. (M.Ə.Sabir).
2. Öz xarakteri, əxlaqı, cəmiyyətdə mövqeyi və s. baxımından insan, şəxs, sima. □ Böyük şəxsiyyət. Görkəmli şəxsiyyət.
1. Qənd. □ Xalq batıbdır noğla, şəkərə, qəndə; Bizim evdə axta zoğal da yoxdur. (M.P.Vaqif).
2. Məcazi mənada: şirin, dadlı, ləzzətli şey. □ Danışanda şəkər damar sözündən; Qaymaq dodaqları ballı sənəm, gəl! (Xəstə Qasım).
3. Tibb. Şəkər xəstəliyi, diabet. □ Şəkəri olan adam ciddi pəhriz gözləməlidir.
Həmçinin bax:
İçərisi şəkər tozu ilə qoz, fındıq və ya badam ləpəsi qatışıq içlə doldurulmuş, kənarları vintvarı burulmuş və üstü naxışlı şirniyyat növü. □ Bir sininin kənarında; Yaxılırdı iki-üç şam; Qarşımızda şəkərbura; Noğul-nabat, püstə-badam. (M.Müşfiq).
Həmçinin bax: