Cəmiyyətdə ayrıca adam; fərd, kimsə. □ Vətəni sevməyən insan olmaz; Olsa, ol şəxsdə vicdan olmaz. (A.Səhhət).
Həmçinin bax:
1. Bir şəxsə, adama məxsus (aid) olan, şəxsən onun özü üçün olan, özünün; bir şəxsin özünə məxsus olan, onun istifadəsində olan; xüsusi. □ Şəxsi mülk. Şəxsi maşın. Şəxsi həyat.
2. Ayrıca bir şəxsə aid olan, ancaq ona xidmət edən. □ Şəxsi katib. Şəxsi mühafizə dəstəsi.
3. Müəyyən şəxsə xas olan; şəxsiyyətə aid. □ Şəxsi fikir. Şəxsi rəy. Vətəndaşların şəxsi hüquqları. Şəxsi toxunulmazlıq.
4. Bir şəxsin xüsusi ailə həyatına, ailə münasibətlərinə aid olan. □ Başqalarının şəxsi həyatına qarışmaq. Şəxsi həyatları yaxşı deyil.
5. Müəyyən şəxsə yönəldilmiş, ona toxunan. □ Şəxsi təhqir. Mən bunu özümə şəxsi həqarət sayıram.
Həmçinin bax: