1. Yüksək şanlı, şərəfli, yüksək mənsəbli. 2. Dəbdəbəli, həşəmətli, cah-calallı.
Zoologiya. Cavan bal arısı. □ Şan-beçə balı.
Şanlar şəklində, göz-göz, deşik-deşik. □ ...Sinənin içində olan ağ ciyər şan-şandır. (H.Zərdabi).
Bax: şan-şövkət.
Şöhrət, həşəmət, şan, ad-san. □ Qəhrəmandır, igidin hörməti var; Özü gənc olsa da şan-şöhrəti var. (A.Şaiq).
Musiqi. 15-16-cı əsrlərdə fransız musiqi renessansının (intibahının) görkəmli nümayəndələrinin yaradıcılığında aydın milli xüsusiyyətlər kəsb edən polifonik mahnılar.
Əyləncə müəssisəsi.
1. Əlin içi ilə vurulan zərbə, şillə. □ Üzünə bir şapalaq çəkdi. 2. Ovuc, əliçi. □ Qoca yemə cumdu, ... iki şapalaqda payının yarısını ötürdü. (M.Hüseyn).
Həmçinin bax:
Şapalaq vurmaq, şillələmək. □ ...qulağımdan tutub, şapalaqlamağa başladı. (H.Sarabski).
Bax: şapalaqlanmaq.
Şapalaqla vurulmaq, şapalaq yemək.
Bax: şapatlamaq.
Arasıkəsilmədən, dalbadal, şappaşap vurmaq. □ ...Qazları incidib şapatlar idi. (A.Səhhət).
Bax: şapırdatmaq.