1. Üz çəkilmək, üzünə bir şey yapışdırılmaq. □ İnşaat məhlulu üzərindəki izlərə əsasən binanın kürsülük hissəsinin keçmişdə üç sıra ağ daşla üzləndiyi aydındır. (Ə.Salamzadə).
2. Üzdən şumlanmaq, təpilmək, yumşaldılmaq (torpaq).
3. Yaxşıları, iriləri seçilmək.
4. Məcazi mənada: üz açmaq, sırtıqlaşmaq, həyasızlaşmaq, üz gətirmək.
Azərbaycan dilinin izahlı lüğəti1. Üz-üzə gəlmək, bir-birinə rast gəlmək, rastlaşmaq. □ Cəfər küçə qapısında Hacağa ilə üzləşdi. (Ə.Vəliyev).
2. Məcazi mənada: üz-üzə gəlmək, bir-birinə rast gəlmək, rastlaşmaq. □ Uşaq gərək çətinliklə üzləşəndə ondan qorxub qaçmasın. (S.Rəhimov).
3. Üzbəüz olmaq, üz-üzə gəlmək. □ Dünənki hadisədən sonra İkram qalıb Ağazal ilə üzləşmək istəmirdi. (Ə.Əbülhəsən).
Azərbaycan dilinin izahlı lüğəti1. Üz çəkmək üçün yarar parça və s. □ Döşək üzlüyü.
2. Sifət kimi: üz çəkmək üçün yarar parça və s. □ Üzlük çit. Üzlük məxmər.
3. Sifət kimi: bir şeyin üzünə yapışdırmaq, çəkmək üçün yarar, üz çəkmək üçün olan. □ Üzlük daş. Üzlük material.
4. Üzə taxılan (bəzək və s.). □ Əşrəfidən üzlük üzündə göyçək; Boğazı altında sığallı birçək. (M.P.Vaqif).
5. Qorumaq üçün üzə taxılan şey. □ Dəbilqə üzlüyü.
6. Niqab.
7. Maska. □ ...üzünə dəridən bir üzlük taxıb aşağıda oyun çıxarar və yamsılamaqla pul yığardı. (H.Sarabski).
8. Çörəyin üzünə sürtülən yağ və s.
Azərbaycan dilinin izahlı lüğəti1. Suyun üzündə və ya altında hərəkət etmək, suda batmadan hərəkət etməyi bacarmaq. □ Mən üzə bilmirəm. O, suda çox yaxşı üzür.
2. Xüsusi mexanizmlər vasitəsilə müəyyən istiqamətdə suyun üzündə, ya altında hərəkət etmək (gəmi, qayıq və s. haqqında). □ Qayıqlar, gəmilər üzür yanaşı; Sallanan bayraqlar əks edir suda. (S.Vurğun).
3. Gəmidə, qayıqda və s.-də getmək. □ Teploxodda Volqaboyu ilə üzmək.
4. Suya batmadan axarı ilə getmək, hərəkət etmək (şeylər haqqında). □ Xəzəl suyun üzəri ilə üzür.
5. Məcazi mənada: havada yavaş-yavaş, sərbəst surətdə hərəkət etmək; süzmək. □ Planer havada üzür. Qartal havada üzür. Başımızın üstündən bir təyyarə üzüb keçdi.
6. Məcazi mənada: havada yavaş-yavaş, sərbəst surətdə hərəkət etmək; süzmək (Ay, Günəş haqqında). □ Günəş çoxdan bozumtul buludlar arasında üzməkdə idi. (M.Hüseyn).
7. Məcazi mənada: hərəkət edər kimi nəzərə gəlmək. □ Göz işlədikcə uzanan düzlər yaşıllıq içində üzürdü. (M.Hüseyn).
8. Obrazlı təşbehlərdə gəzmək mənasında işlədilir. □ Üzürsən qoynunda xoş xəyalların; Boşluğa dirənən ehtimalların. (B.Vahabzadə).
1. Dərmək, qoparmaq, qırpmaq. □ Çəməndəki o güllərin; Ən gözəlin üzərəm. (Ü.Hacıbəyli).
2. Kəsib atmaq, kəsmək. □ Mişar barmağını üzdü.
3. Ayırmaq, qoparmaq. □ Ruqiyyə əlini əlimdən üzüb alaçığa qaçdı. (A.Divanbəyoğlu).
4. Haqq-hesabını qurtarmaq, ödəyib qurtarmaq, üzülüşmək. □ Sonralar Məşədi Rəhimə bir dəfə bir qədər pul göndərdim. Qalan borcunu da bu yavıqda üzdüm. (C.Məmmədquluzadə).
Taqətdən salmaq, əldən salmaq, yormaq, üzüntü vermək. □ Tamaşanın dərdi Minayəni üzürdü. (B.Bayramov).
Həmçinin bax:
1. Edilən bir qəbahət və ya qüsurun qeyri-ixtiyari və ya məcburiyyət qarşısında edildiyini sübuta çalışaraq, bağışlanması üçün irəli sürülən bəhanə, səbəb. □ Üzrüm var. Üzrü ağlabatandır.
2. Bəhanə, səbəb, dəlil. □ İnkişaf çox zəifdir; Üzrümüz yoxdur əsla. (R.Rza).
3. Qüsur, nöqsan, eyib.
4. Üzr yeri, ölü yeri, təziyə.
Həmçinin bax:
1. Uyğun olaraq, əsasən, görə. □ Qız təkrar qızardı və qadının təklifi üzrə qalxıb çay tökdü. (Y.V.Çəmənzəminli).
2. Bir işin qurtarmasının, sona çatmasının yaxınlaşdığını bildirir. □ Qulam müəllim teleqramı yazıb qurtarmaq üzrə olan ağsaçlı kişinin tuşunda dayandı. (S.Rəhimov).
Həmçinin bax: