Reklam
Reklam

Bütün lüğətlər

ölü [ölü] sifət

1. Ölmüş, həyatı tərk etmiş, cansız.
2. İsim kimi: ölmüş adam, meyit, cənazə. □ Kasıbın ölüsü də kasıb olar. (Atalar sözü).
3. Gəbərmiş, canı çıxmış (heyvan haqqında). □ Diri it ölü aslandan yaxşıdır. (Atalar sözü).
4. İsim kimi: ölmüş heyvan cəsədi; cəmdək. □ Balığın dirisi də suda, ölüsü də. (Atalar sözü).
5. Qurumuş, solmuş, solğun, cansız (bitki haqqında). □ Ölü ağac. Ölü ot.
6. Cansız, həyat əlamətindən məhrum. □ Ölü çöl. Ölü şəhər.
7. İsim kimi məcazi mənada: heç bir şeyə qabil olmayan, bacarıqsız, atil adam haqqında. □ Nə ölüyə hay verir, nə diriyə pay. (Atalar sözü).
8. Məcazi mənada: durğun, ətalətli, fəaliyyətsiz, təsirsiz, çox zəif, cansız. □ ..Həmin bu zamanda Qafqaz türklərinin mətbuatı ölü, bəlkə yox bir halda idi. (C.Məmmədquluzadə).

Həmçinin bax:

jurnalistika: ölü təsvir frazeologizm: dəyirmanın boğazından (gözündən) ölü salsan, diri çıxar frazeologizm: diridən də pay umur, ölüdən də frazeologizm: mən ölü, sən diri frazeologizm: Mərənd ölüsünə dönmək frazeologizm: nə ölüyə hay verir, nə diriyə pay frazeologizm: ölü canlar frazeologizm: ölü doğulmaq frazeologizm: ölü düşmək frazeologizm: ölü nöqtə frazeologizm: ölü nöqtədən tərpətmək frazeologizm: ölü yesə, dirilər frazeologizm: ölüdən can istəmək frazeologizm: ölüdən hay gözləmək frazeologizm: ölünü qoyub dirini ağlamaq frazeologizm: ölüsü düşmək frazeologizm: ölüsü ortada qalmaq frazeologizm: ölüsü yerdə qalmaq coğrafiya: ölü dillər coğrafiya: ölü göl Azərbaycan dilinin izahlı lüğəti