Əsasən əlverişsiz xarici şəraitdə bitki orqanlarını qorumaq üçün xidmət edən, onları örtən sıxlaşdırılmış hüceyrələr kompleksi.
Ö.T. bitki orqanlarını (kök, gövdə, yarpaq və s.) xaricdən örtərək onları mühafizə edir. Ö.T.-na dəricik, mantar və qabıq hüceyrələri daxildir. Ö.T. prozenxim tipli müxtəlif hüceyrələrin cəmindən ibarət olub epiderma və peridermadan ibarətdir.
Biologiya terminlərinin izahlı lüğətiKonturda cərəyan şiddəti zamana görə dəyişərkən, konturun özündə induksiya elektrik hərəkət qüvvəsinin yaranması hadisəsi.
Elektrik hərəkət qüvvəsinin konturda yaratdığı əlavə cərəyana ekstracərəyan deyilir. Elektrik dövrəsi qapandıqda və açıldıqda əmələ gələn ekstracərəyan Ö. hadisəsinə misal ola bilər.
Fizika terminlər lüğəti