1. Coğrafiya. İnzibati ərazi vahidi, müəyyən sərhədləri olan dövlət. □ Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. (Atalar sözü).
2. Coğrafiya. Coğrafi mövqeyinə, makrorelyefinə, digər əlamətlərinə görə ümumilik təşkil edən böyük ərazi. □ Yaxın Şərq ölkələri.
Həmçinin bax:
1. Həyatı tərk etmək, vəfat etmək; keçinmək. □ Diz üstə yaşamaqdansa, ağırlıq üstə ölmək yaxşıdır. (Atalar sözü).
2. Qırılmaq, tələf olmaq, məhv olmaq (heyvanlar haqqında). □ Qışda xeyli mal-qara öldü.
3. Tələf olmaq, məhv olmaq (ağac, ot və s. haqqında). □ Şaxtadan güllər öldü.
4. Məcazi mənada: çox arzu etmək, can atmaq, çox istəmək, həsrətində olmaq. □ Oxumaq üçün ölür.
5. Məcazi mənada: özündən qabaq gələn sözün ifadə etdiyi şeyin şiddətini, təsirini bildirir. □ Acından ölmək.
6. Mən ölüm şəklində – bir şeyi təkidli xahiş məqamında işlənir. □ Mən ölüm, tez gəl.
7. Sən öl, sən öləsən, siz öləsiniz şəklində – bir şeyə inandırmaq üçün işlənir: canın (canınız) üçün. □ ..A kişi, sən öl, mən sənə; Nə qədər desən pul verərəm. (Ü.Hacıbəyli).
8. ...ölsün – and içmək, inandırmaq məqamında işlənir. □ ..Bu canım ölsün ki, bularda bir kələk var, gedim görüm nə danışırlar. (Ü.Hacıbəyli).
Həmçinin bax: