1. Bir şeyin ölçüsünü, miqdarını qəbul olunmuş vahidlər əsasında müəyyən etmək, müəyyənləşdirmək. □ Parçanı ölçmək.
2. Mülahizə etmək, çıxış etmək, müqayisə etmək, tutuşdurmaq. □ Hər şeyi öz düşüncəsi ilə ölçmək.
3. Məcazi mənada: vurmaq, gopamaq, çəkmək, ilişdirmək. □ Suyun gah soyuq və gah istiliyindən narazı olaraq .. yaş əllərilə Cəvahirin başına ölçərdi. (T.Ş.Simurq).
4. Məcazi mənada: götür-qoy etmək, hərtərəfli fikirləşmək. □ Hərəkətlərini ölç.
Həmçinin bax:
1. Hər hansı bir şeyi ölçmək üçün qəbul edilmiş vahid. □ Uzunluq ölçüsü.
2. Məcazi mənada: bir şəxsə, ya şeyə qiymət vermək, müqayisə etmək üçün əsas götürülən şey. □ Hər kəs öz ölçüsü ilə ölçər. (Atalar sözü).
3. Hər hansı bir şeyin müəyyən vahidlər əsasında təyin edilən böyüklüyü, kiçikliyi, biçimi, həcmi, dərəcəsi; hüdud, hədd, sərhəd,çərçivə. □ Qızların hamısının libası bir qiymətdə, bir əndazədə və bir ölçüdə idi. (M.S.Ordubadi).
4. Ölçmə işi; ölçmə. □ Sahədə ölçü işləri aparılır.
5. Məcazi mənada: əhatə dairəsi, görüş dairəsi. □ ..Sən dar düşünürsən, ölçün balacadır. (M.İbrahimov).
Həmçinin bax:
1. Hər hansı bir şeyi ölçmək üçün qəbul edilmiş vahid.
2. Hər hansı bir şeyin müəyyən vahidlər əsasında təyin edilən böyüklüyü, kiçikliyi, biçimi, həcmi, dərəcəsi; hüdud, hədd, sərhəd, çərçivə. □ Kənd əhalisi isə uzun illər boyu müxtəlif ölçü-biçidə olan damlarda və qazmalarda yaşayırdı. (S.Rəhimov).
Həmçinin bax: