bax: ölüsü ortada qalmaq.
boş və mənasız həyat yaşamaq.
həyatı hədsiz ağır keçmək, əzablar içində yaşamaq, bədbəxt olmaq.
bax: gün görməmək.
incitmək, əzab vermək, bezdirmək; ~ həyatını cəhənnəmə çevirmək, gününü göy əsgiyə bükmək.
1. Həyatı boyu fiziki işlə məşğul olmaq; ~ əziyyət çəkmək, can qoymaq, canını oda yaxmaq.
2. Heç bir faydalı işlə məşğul olmamaq, vaxtını boş-boşuna keçirmək.
yaşamaq; ~ yaşa dolmaq, həyat sürmək, dövran sürmək.
bir mövzunu və ya bir işi əvvələ salmaq; qabarıq təsvir etmək, vurğulamaq, diqqətə çatdırmaq.
çox yaxşı qarşılamaq, əzizləmək.
tabe etmək, ram etmək.
bax: ipinin üstünə odun yığa bilməmək.
başqasından gizli saxlanılan bir iş, məsələ.
süründürməçilik etmək, qəsdən ləngitmək; ~ bugün-sabaha salmaq, get-gələ salmaq.
başqasına düz yol göstərmək, məsləhətlər vermək.
mənimsəmək, götürmək, özünə aid etmək; ~ özünə çıxmaq.