1. Bilik əldə etmək, bir şeyi təcrübə ilə mənimsəmək, bir işlə (sənətlə, peşə ilə) məşğul olaraq ona sahiblənmək, yiyələnmək, bir sənət (peşə, ixtisas) əldə etmək. □ Baxmaqla öyrənmək olsaydı, sallaqxanadakı itlərin hamısı qəssab olardı. (Atalar sözü).
2. Məşğul olaraq hazırlamaq, hazırlaşmaq. □ .. heç olmasa kitabı əlinə al, barı görsün ki, guya dərsini öyrənirsən. (N.Vəzirov).
3. Vərdiş etmək, alışmaq, öyrənmək, adət etmək. □ İstiyə öyrənmək.
4. Xəbərləşib, soraqlaşıb bilmək, məlumat əldə etmək, xəbər bilmək. □ Vəziyyəti öyrənmək.
5. Məcazi mənada: xəbərləşib, soraqlaşıb bilmək, məlumat əldə etmək, xəbər bilmək. □ Həyat nədir? Sual verdim özümə; Mənasını çiçəklərdən öyrəndim. (M.Müşfiq).
6. Tədqiq etmək, araşdırmaq, tədqiqat aparmaq. □ Füzulinin yaradıcılığını dərindən öyrənmək.
Həmçinin bax:
1. Vərdiş etmək, alışmaq, öyrənmək, adət etmək. □ Pişik yerə öyrəşər, it adama. (Atalar sözü).
2. İsinişmək, alışmaq, öyrənmək. □ Yazıq Tamam bizim ailəyə öyrəşdiyindən ayrılmaq istəməyirmiş. (S.S.Axundov).
Həmçinin bax:
1. Bilik, sənət, peşə vermək, təlim etmək. □ Sərçəyə cib-cib öyrətməzlər. (Atalar sözü).
2. Bilmədiyi şeyi bildirmək, başa salmaq. □ Yaşamağı bacarmayana ölməyi öyrətmək olmaz. (Atalar sözü).
3. Vərdiş etdirmək, alışdırmaq. □ İşə öyrətmək. Soyuğa öyrətmək.
4. Bildirmək, tanış etmək, izah etmək.
Yolu öyrətmək.
5. Dərs vermək. □ Rus dili öyrətmək.
6. Sövq etmək, təhrik etmək (adətən mənfi mənada). □ Pis işlərə öyrətmək.
7. Məcazi mənada: dərsini vermək, cəzalandırmaq, göstərmək. □ Ona mən öyrədərəm.
Həmçinin bax: