1. Ötüb keçmək (çoxları haqqında). □ ..da mümkün qədər səs-küysüz ötüşməyə çalışırlar. (M.Rzaquluzadə).
2. Gəlib-keçmək, ötmək, keçib-getmək, uzaqlaşmaq. □ Ötüşdü aylar, illər, evləndik o da, mən də; Ayağımız kəsildi bir-birinin evindən. (S.Rüstəm).
3. Yüyürməkdə, qaçışda yarışmaq, bir-birini ötməyə çalışmaq. □ Dörd qardaş; Ha ötüşürlər; Biri-birinə; Çata bilmirlər. "Araba təkəri" (Tapmaca).
4. Birtəhər yaşamaq, güzəran keçirmək, keçinmək, dolanmaq. □ Çətinliklə ötüşmək.
Səs-səsə verərək oxumaq, cəh-cəh vurmaq, tərənnüm etmək. □ ..Şahsənəm, gəl çıxaq bağa, bülbüllər elə ötüşür ki, gəl görəsən. (“Aşıq Qərib”).
Azərbaycan dilinin izahlı lüğəti