1. Tozunu almaq və ya başqa məqsədlə ağac və ya əllə vurmaq, döyəcləmək, silkələmək. □ Yun çırpmaq. Xalçanı çırpmaq.
2. Şiddətlə vurmaq, çarpmaq, yıxmaq; hirslə atmaq, tullamaq. □ Pası əl-ayağını uzadır və özünü yerə çırpırdı. (S.Rəhimov).
3. Çarpdırmaq, vurmaq; ilişdirmək, zərbə endirmək. □ Xəzri yeli axşamdan hirslə qalxıb, Bakı küçələrinin toz-torpağını daşa-divara çırpırdı. (S.Qənizadə).
4. Tez-tez vurmaq, döyünmək (“qəlbi”, “ürəyi” sözləri ilə). □ Bu zaman bizim qəlbimiz daha həyəcanla çırpır. (M.İbrahimov).
5. Tut, qaysı və bəzi başqa meyvələri ağacın budaqlarını bir şeylə vurmaq və ya əllə tərpətməklə yerə tökmək. □ ..ağasının həyətində kələm əkir, göyərti becərir, tut ağaclarını çırpır, tutundan sirkə qayırırdı. (Y.V.Çəmənzəminli).
6. Gizlicə götürmək; oğurlamaq, çalmaq. □ ..Görəsən, varislərindən nə qədər çırpıbdır. (Ə.Haqverdiyev).
7. Bişirmək üçün yumurtanı sındırıb içindəkini qaba tökmək. □ Küküyə üç dənə yumurta çırpmaq.
Həmçinin bax:
1. Bir və iki əlin bir neçə barmağını (adətən orta barmaqları baş barmağa) zərblə bir-birinə vurub çırt səsi çıxarma; çırtmıq. □ Birdən çırtıq və oxumaq səsləri eşidildi. (İ.Əfəndiyev).
2. Barmaqlardan birinin (adətən orta barmağın) ucunu baş barmağa dayayaraq zərblə vurma; çırtmıq.
Həmçinin bax: