1. Bir yerdən (binadan, otaqdan və s.-dən) kənar olmaq, içəridən dışarıya varmaq, getmək, xaric olmaq. □ Evdən çıxmaq.
2. Bir yerə getməyə başlamaq, yola düşmək. □ Qatar saat 2-də çıxır.
3. Doğmaq, tülu etmək, görünmək. □ Gün çıxdı.
4. Yuxarı qalxmaq, başıyuxarı getmək, qalxmaq. □ Yuxarı mərtəbəyə çıxmaq.
5. Göyərmək, bitmək, yerdən çıxmaq, cücərtisi görünmək. □ Pambıq yenicə çıxmışdı.
6. Riyaziyyat. Bir ədədi (rəqəmi) başqa bir ədəd (rəqəm) qədər azaltmaq. □ 10-dan 3 çıxmaq.
7. İşini, vəzifəsini buraxmaq, tərk etmək, işlədiyi yerdən getmək, əlaqəsini kəsmək. □ İşdən çıxmaq.
8. Öz işini görüb qurtararaq getmək, yerini tərk etmək. □ Fərhad qulluqdan çıxanda daha bir yanda əylənməyir, tez evə qayıdırdı. (C.Cabbarlı).
9. Birdən-birə zahir olmaq, görünmək, qarşısına çıxmaq. □ Yoluma bir maşın çıxdı.
10. Bir şeyin üstünə qalxmaq, dırmaşaraq qalxmaq. □ Dama çıxmaq.
11. Müəyyən hündürlükdə olmaq. □ Su döşə çıxır.
12. Bir işi görmək üçün getmək, gəlmək. □ İməcliyə çıxmaq.
13. Qurtarmaq, sonu çatmaq, keçmək, ötmək. □ Yaz çıxdı.
14. Çap olunmaq, nəşr olunmaq, dərc edilmək, buraxılmaq. □ “Molla Nəsrəddin” məcmuəsi 1906-cı ildən çıxmağa başlamışdır.
15. Təhlükəli, xətərli yerdən uzaqlaşmaq. □ Bu gecə keçmişi vurduq, yıxdıq; Dağlardan üzə sağlam çıxdıq. (M.Müşfiq).
16. Məcazi mənada: olmaq. □..Yox, yox, nə .., nə də məndən premyer çıxar! (S.Rəhimov).
17. Yerin altından hasil edilmək, əldə edilmək. □ Respublikamızda yüksək keyfiyyətli neft çıxır.
18. Doğulmaq, törəmək, yetişmək, meydana gəlmək. □ Şamaxıdan görkəmli şairlər çıxmışdır.
19. Yaşamaq, salamat qalmaq, müəyyən vaxta qədər sağ-salamat yaşamaq. □ Yemsizlikdən qoyunlar yaza çıxmadı.
20. İstehsal edilmək, buraxılmaq, hazırlanmaq; istehsal olunmaq, alınmaq. □ Həmzə ilə Qadir .. alman zavodundan çıxmış mauzerini gic yerə doldurur, boşaldırdılar. (Ə.Əbülhəsən).
21. Verilmək, qəbul olunmaq, elan edilmək. □ Yeni qərar çıxdı.
22. Boşanmaq, ərindən ayrılmaq. □ Arvad ərindən çıxdı.
23. İcad olunmaq, kəşf olunmaq, düzəldilmək, buraxılmaq. □ Zavoddan yeni markalı maşın çıxdı.
24. Eşidilmək, qulağa gəlmək. □ Qərənfiləm, qalxaram; Açılmağa qorxaram; Gecə cınqırın çıxsa; Yerimnən dik qalxaram. (Bayatı).
25. Hesab etmək. □ ..Dirigözlü adamı öldüyə çıxırlar. (Mir Cəlal).
Həmçinin bax:
1. Tamamilə çılpaq, lüt. □ Fatma gecənin yarısı çıl-çılpaq küçələrə düşüb, özünə sığınacaq yer arayır. (Y.V.Çəmənzəminli).
2. Zərf kimi: tamamilə çılpaq, lüt.
3. Məcazi mənada: qətiyyən ağac bitirməyən, tamamilə bitkisiz. □ Çıl-çılpaq çöl.
1. Coşqun, odlu-alovlu, dəli kimi, dəlicəsinə, özünü itirmişcəsinə. □ Çılğın dühalar ki hökm edər qərbə; Onlar səbəb olmuş bir geniş hərbə. (S.Vurğun).
2. Qızğın, coşqun, ehtirasla dolu; azğın, azğıncasına. □ Baletmeyster dinamik rəngarəng və çılğın qaraçı rəqslərinin qurulmasında böyük səy göstərmişdir.