1. Bərk qışqırmaq, bağırmaq; çığıra-çığıra demək, bərk səslə demək. □ Oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı. (Atalar sözü).
2. Bərkdən ağlamaq, fəryad etmək, haray salmaq, bağırmaq. □ Gördüm ki, bir balaca uşaq yıxılıb adamların ayağının altına, çığırır. (M.S.Ordubadi).
3. Bərkdən özünəməxsus səs çıxartmaq (heyvanlar və quşlar haqqında). □ Atlar daha da şiddətlə başladılar çığırmağa. (C.Məmmədquluzadə).