1. Günəşdən, yağışdan qorunmaq üçün əllə baş üstündə tutulan günlük; yağmurluq, zontik. □ Onların gözündə nə rəngli eynək; Nə də başlarında əlvan çətir var. (B.Vahabzadə).
2. Məcazi mənada: obrazlı təşbehlərdə örtü mənasında işlədilir. □ Gecənin qara çətiri altında kölgələnən hər bir şey qaranlığın yeknəsəq libasına bürünüb yatmışdı. (M.S.Ordubadi).
3. Kəsilib alına sallanan saç; tel. □ Qızın çətiri.
4. Paraşütün, hava dolduqda açılan parçadan ibarət əsas hissəsi. □ Paraşütün çətiri.
5. Botanika. Ağacın gövdədən yuxarıda budaqların yayıldığı yuxarı hissəsi. □ Təbii ki, gövdəsi yoğun və çətiri geniş olan palıd ağacları öz həyatları üçün müəyyən ölçüdə sahə tələb edir. (M.F.Axundzadə).
Zoologiya. Cırcıramaya oxşayan, uzun dal ayaqlarına dayanaraq uzağa sıçraya bilən, böyük dəstələrlə uçub, bitkiləri və əkinləri məhv edən cücü- kənd təsərrüfatı üçün təhlükəli ziyanverici. □ Çayın o tayındakı yoncalıqlarda çoxlu kəpənək və çəyirtkə vardı. (Ə.Vəliyev).
Azərbaycan dilinin izahlı lüğəti