1. Dəf çalıb oxuyan və göbək atmaq kimi rəqslər oynayan rəqqasə (başlıca qaraçı qızlardan olur). □ ..israğagün aşnası zərdablı Qurban bəyə kağız yazırdı ki, Şamaxı çəngilərinin vədəsini alsın, toya göndərsin. (M.F.Axundzadə).
2. Əxlaqsız, həyasız qadın mənasında. □ ..Sənin .. gözün örtülüb, uyubsan bir çənginin məkrinə, feilinə, təmiz adını-sanını itiribsən. (M.F.Axundzadə).
3. Eyni mənada söyüş kimi işlədilir. □ ..Ağız, ay mütrüb, ay çəngi, mən sındırmalı qoz degiləm sındırasan! (M.Əliyev).
Azərbaycan dilinin izahlı lüğəti