1. İçində maye şeylər saxlamaq və daşımaq və s. məqsədlər üçün işlədilən yastıdibli, ortası enli, ətrafına çənbər çəkilmiş taxtadan (bəzən də dəmirdən) qayrılmış iri qab. □ Çəlləklərdə saxlanılan su yanğına qarşı mübarizə üçün kifayət deyildi. (S.Vəliyev).
2. Taxta satıl, vedrə. □ ..Şirinnaz iki dəfə çəlləyi quyuya sallayıb çəkdi. (S.Hüseynov).
Həmçinin bax:
1. Qabığı çıxarılmamış düyü (əkmək üçün). □ Çəltik tarlası. Çəltik əkmək.
2. Həmin bitkinin yem kimi istifadə olunan gövdəsi və yarpaqları. □ Çəltik tayası.
3. Qabıqlı düyü. □ ..Çəltik gərək döyülsün ki, düyü olsun və sizin lisanınızda ən fəsih kəlam budur mənim üçün!.. (Ə.Məmmədxanlı).
Həmçinin bax: