1. Hərəkətdə, davranışda cəldlik; zirəklik, diribaşlıq, bacarıqlılıq, qıvraqlıq. □ ..öz gücünü, çevikliyini, bədəninin dözümünü sınayırdı. (M.Rzaquluzadə).
2. Yeyinlik, itilik, cəldlik, cəld və asanlıqla hərəkət etmə qabiliyyəti; çevik hərəkət. □ Bütün şəhərdəki qız-gəlinin Xosrovun bu çevikliyindən danışmağı nə isə Rüxsarəyə xoş bir təsir bağışlayırdı. (S.Rəhimov).
1. İstiqaməti dəyişdirmək, başqa tərəfə yönəltmək. □ Üzünü bizə çevir.
2. Bir şeyin vəziyyətini, yerini dəyişmək, döndərmək; başıaşağı qoymaq. □ Stəkanı çevirmək.
3. Vərəqləmək. □ ..Açıq kitabın vərəqini çevirdi. (Ə.Vəliyev)
4. Bir şeyi başqa bir vəziyyətə salmaq, başqa bir şeyə döndərmək, ona tamamilə başqa bir görünüş vermək. □ Alovun saçdığı işıq gecəni gündüzə çevirmişdi. (Ə.Vəliyev)
5. Tərcümə etmək. □ Farscadan azərbaycancaya çevirmək.
6. Şumlamaq, təpmək, belləmək. □ Qoş kotanı, çevirgilən düzləri; Günlüyün birindən bir anbar olsun. (Aşıq Ələsgər)
Həmçinin bax:
1. Mərkəzdən eyni məsafədə olan qapalı əyri xətt. □ Pərgarla çevrə çəkmək.
2. Bir şeyin kənarlarında əmələ gətirdiyi qapalı xətt; dövrələmə xətt. □ Bu sahənin çevrəsi beş yüz metrdir.
3. Ətraf, yan-yörə, dörd tərəf, həndəvər, dövrə. □ Yalnız ağac baxır bir dağ başından; Sarmış çevrəsini inadlı bir çən. (M.Müşfiq).