1. Müxtəlif yollarla birisinin çaşmasına, çaşıb-qalmasına, özünü itirməsinə səbəb olmaq. □ Hadisə Qadiri elə çaşdırmış, ruhunu və qəlbini elə sıxmışdı ki, elə bil o gözəl qıza olan hissi və duyğuları da indi onun yadından çıxmışdı. (Ə.Əbülhəsən).
2. Heyrətləndirmək, təəccübləndirmək, heyrətə salmaq. □ Şərəfoğlunun gözlənilmədən və özü də belə namünasib vaxtda gəlməsi Rüstəm kişini çaşdırmışdı. (M.İbrahimov).
3. Məcazi mənada: yolunu itirmək, yoldan çıxmaq, azmaq; yanlış yola sövq etmək, düz yoldan sapdırmaq, yolundan azdırmaq. □ İnsan oğlu dinc durmadı; Düz yolunu çaşdı yenə. (S.Vurğun).
1. Arzu olunmayan, gözlənilməyən və ya çıxış yolu bəlli olmayan bir hadisə qarşısında çaşmaq, özünü itirmək, nə edəcəyini bilməmək. □ Qumru bunu eşidər-eşitməz yerindən qopub üzüaşağı dərəyə doğru yüyürdü, lakin dərə içində qız çaşıb-qaldı. (Ə.Məmmədxanlı).
2. Yanılmaq, səhv etmək.
1. Arzu olunmayan, gözlənilməyən və ya çıxış yolu bəlli olmayan bir hadisə qarşısında çaşıb-qalmaq, özünü itirmək, nə edəcəyini bilməmək; ümumiyyətlə, çaşıb-qalmaq, özünü itirmək, heyrət içində qalmaq. □ Muzdur hələ pulun qədərindən xəbəri olmadıqda, ancaq yüzlükləri sayanda, heyrətə düşüb çaşmışdı. (S.Qənizadə).
2. Yanılmaq, səhv etmək. □ Qəmgin, məyus düşmənlərin istədi; Saysın, amma çaşdı, saya bilmədi. (A.Səhhət).
Həmçinin bax: