1. Bir şeyin əldə edilməsinə, bir nəticəyə gəlməyə, çətin bir məsələnin həllinə mane olan əngəlləri aradan qaldırmaq üçün lazım olan çıxış yolu; tədbir, vasitə, əlac. □ Keçəl çarə bilsə, öz başına eylər. (Atalar sözü). Oldu ilə öldüyə çarə yoxdur. (Atalar sözü).
2. Əlac, kömək, yardım. □ Görünür dağdan duman; Nə haqq var, nə də divan; Xəstəyəm, çarəm yoxdu; Nə təbib var, nə güman. (Bayatı).
Həmçinin bax:
1. Çarəsi, əlacı olmayan, müalicə oluna bilməyən, sağalmaz; başqa bir çıxış yolu olmayan, həlli mümkün olmayan, naçar. □ Çarəsiz bir xəstəlik. Çarəsiz dərdə loğman da acizdir. (Atalar sözü).
2. Zərf kimi: əlacsız, əlacı kəsilərək, məcbur olaraq, naçar. □ Durdum, mağaranın ağzından içəri baxdım. Bir şey görmədim, çarəsiz mağaraya girdim. (A.Şaiq).
1. Öz oxu ətrafında fırlanmaqla minik və ya başqa nəqliyyat vasitələrini hərəkətə gətirən (dəndənəli və ya bütöv şəkildə) dairə; təkər. □ Araba çarxı. Velosiped çarxı. Avtomobilin çarxı.
2. Müxtəlif mexanizmlərdə, qurğularda hərəkəti ötürən və nizama salan çarxşəkilli hissə. □ Dəzgahın çarxı. Dişli çarx.
3. Kəsər alətləri itiləmək üçün dairəvi bülöv daşı olan alət. □ Bıçağı çarxda itiləmək.
Həmçinin bax: