Dilimizdə “Sənə al da geysən, yaraşır, şal da geysən” cümləsi var. Al sözü “narıncı (оранжевый) rəngdə olan ipək parça” deməkdir. Bir mənası da “parlaq” (сияющий) deməkdir; bu mənada yal kimi də yazılıb. Görünür alov (yalov) sözü ilə qohumdur və “od rəngində olan”deməkdir. “Разноцветный” mənasını əks etdirən ala sözü də bu fikrə haqq qazandırır. Deməli, al sözü rəng bildirən sifətdir və al qırmızı birləşməsindəki al sözü ilə qohumdur. Bəzilərinə görə, farsca “qıpqırmızı” deməkdir. Məncə, türk mənşəlidir və alov, ulduz kimi sözlərlə qohumdur, “od rəngi” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
“Ön” deməkdir. Tatar dilində allı-artlı sözü “qabaqlı-dallı” (друг за другом) kimi izah olunur. Alın sözü də burdandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Ərəbcə “ailə”, “nəsil” deməkdir. Alosman “Osman nəsli”dir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
El arasında zahı qadınlar xəstələnəndə “hal aparıb” deyirlər. Sözün əsli aldır və ərəbcədir, “ifritə”, “qulyabanı”deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə alaca, ala-bula, ala (пегий) sözləri var. Al sözü tarixən ağ sözü ilə eyni olub. Ala kəlməsinin mənasinda həmişə “ağ”anlamı da mövcuddur: ala “ağ rənglə başqa rənglərin qarışığı” deməkdir. Güman edirəm ki, bu mənada işlədilən ala sözü ağ kəlməsinin təhrif edilmiş formasıdır. Ağ, al, ala, avazı sözləri qohum kəlmələrdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Bu sözün bir mənası “böyük”deməkdir: alaqapı (kiçik qapıya quzu qapı deyirlər) sözündə də həmin mənada işlədilir. Ala və ulu sözləri tarixən eyni kökə malik olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Qədim mənalarından biri cüzam (bu, ərəbcədir) xəstəliyinin adıdır. Anadolu türkləri bu xəstəliyə “miskin” də deyirlər. Dəri və toxumalar çürüyür, ala-bula vəziyyət yaradır, söz də bu vəziyyətlə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAzca xörək yeməklə mədəni sakitləşdirməyə respublikanın bəzi rayonlarında “alağızlanmaq” deyirlər. Güman edirəm ki, söz al (aldatmaq) və ağız kəlmələrindən əmələ gəlib, yəni “ağızı aldatmaq”deməkdir. İkinci ehtimal da ola bilər: dilimizdə alaçiy, ala-toran, ala-qaranlıq kimi sözlər var və həmin sözlərdəki ala sözü “yarımçıq”anlamında işlədilib. Ola bilsin ki, alağız sözü ala və ağız kəlmələrinin birləşməsindən törəyib: “yarımçıq, az miqdarda yemək”, “ağıza azca (tam olmayan, ala) nəsə ötürmək” deməkdir. Qaqauz dilində “tələm-tələsik” mənasında işlədilən alatlan kəlməsi var. Alat isə “tələsmək” mənasını verir. Bu baxımdan alağızlan sözü “atüstü, tələsik bir tikə yemək” anlamını da verir və alat kəlməsi ilə də bağlı ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün birinci hissəsi bizimkidir, alaq kəlməsi ilə bağlıdır, keş farsca “çəkən” deməkdir. Toxanın bir növünə “alakeş” deyirlər. Ala (alaq) sözü almaq (məhv etmək, qoparıb atmaq) feilindən törəmişdir, isimdir, əsli alaq olub, sonra q samiti ixtisara düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti