Suyun axması ağmaq kimi olub. Ağ isə “hündür” deməkdir. Su da həmişə hündürdən aşağıya axır (“su axar, çuxurunu tapar” deyirik). Mənbələrdə söz x yox, ğ hərfi ilə yazılıb: ağım qatıdır cümləsi rus dilinə “течение сильно” kimi tərcümə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKökü ağ kəlməsidir. Onun mənalarından biri “o tərəf-bu tərəfə əyilmə” deməkdir. Ağsamaq - ayağın şikəstliyi ilə bağlı olaraq, yeriş zamanı adamın əyilməsidir. Söz belə yaranıb: ağ şəkilçisindən –sa şəkilçisi vasitəsilə ağsa (susamaq qəlibi üzrə) feili, ondan isə daraq modeli əsasında ağsaq sifəti əmələ gəlib. Ağnamaq isə arxası üstə uzanaraq gah sağa, gah da sola əyilməklə bağlıdır. Axsamaq və topal (bu, ağsamaqla müqayisədə daha ağır şikəstlik hesab olunur) sözləri yalnız ayağın xəstəliyi ilə, çolaq isə təkcə qolla əlaqədardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAğşam kimi yazılışı da olub. Şam günün qaranlıq, ağşam isə hələ bir qədər işıqlı (yəni ağ) dövrüdür, gecədən də bununla fərqlənir. Ağşam sözü tədricən axşam şəklinə düşüb. Sözün birinci hissəsi (ağ) özümüzündür, ikinci hissəsi (şam) isə fars mənşəlidir. Ehtimal olunur ki, fars dilində şam və şəb (gecə) sözləri kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFars dilində də işlədilir və məsdər formasında (axtən) var. Ona görə də onu alınma hesab etmək ilk baxışda təbii görünür. Amma bizim dilimizdə də onun məsdər forması olub, özü də ğ ilə ağtarmaq yazılıb. Qaynaqlarda bu kəlmənin “burmaq” (qabaqlar heyvanın müvafiq orqanını burmaqla erkəkliyini məhv ediblər), “cırmaq”, “kəsmək”, “yarmaq”, “içini boşaltmaq” kimi bir neçə mənası qeydə alınıb. Sözün biçərgə forması da qeydə alınıb və bu, cərrahiyyə (biçmə, kəsmə) tətbiq olunandan sonra yaranıb. Axtalamağın bir mənası da ağacı (bitkini...) köklü-köməcli çıxarmaqla bağlı olub. İndi axtalamaq təkcə insan və heyvana aid işlədilməklə məhdudlaşdırılmır, çəyirdəyi çıxarılmış meyvəyə də (bizim evdə axta zoğal da yoxdur...) “axta” deyirlər. Axta sözünün qədim və əsl (hərfi) mənası “astar tərəfi üz tərəfə çevirmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti