Farslarda çələk kimi işlədilir. Qərb dialektlərində çiyələm forması geniş yayılıb. Qədimdə çilək kimi işlədilib və bir çox giləmeyvələrin adı olub: tukmaq çiləyi (клубника), kara çiləyi (черниха), göy çiləyi (ежевика), kayan çiləyi (земляника), narat çiləyi (брусника), buri çiləyi (dəfnə), it çiləyi (щиповник) və s. Güman edirəm ki, “su” mənasını verən çi kəlməsi ilə bağlıdır (çimmək, çiləmək...). Çilək deyilən meyvələrin hamısı çox sulu olur. Çilək sözünün “сочный” mənası bəzi türk dillərində indi də var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə çiq (çiyid sözü mənbələrdə çiqid kimi yazılıb) sözü var və “yumru” mənasını verir. Bizdə 2 oxşar söz var: çiyid və çəyirdək. Çiyid yumru olur, qabığı isə çox bərk olmur. Çəyirdəyin qabığı çox bərk olur. Əsas fərq də budur. Güman edirəm ki, çiyid (pambıqda və s.) məhz yumru olması (qabığı da az bərkiyir) ilə fərqlənir. Çiyid və çəyirdək tarixən qohumdur, çi və çə hissələri “su” anlamını əks etdirir. Hər iki söz “cücərmək”, “çıxarmaq” (çıxıd) mənaları ilə bağlı ola bilər. Çəyirdək meyvəsinin ləti olan, çiyid isə olmayan bitkilərlə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiM.Kaşğari göstərir ki, bu sözün mənası “kənd ağsaqallının köməkçisi” demək olub. İndiki çoban yerinə, qoyçu (qoyun çobanı), yılxıçı (iri mala baxan çoban), udçu (inək çobanı) kimi sözlər işlədilib. Görünür, sonradan çoban öz böyüyünün mal-qarasını otarıb və digər sözləri sıxışdırıb. Çoban sözünün qədim hərfi mənası “şöhrətli”, “hörmətli”, “kefi çağ olan” deməkdir. Monqol sözüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Kitabi-Dədə Qorqud”da çokan kimi işlədilib. Qədim mənası “toppuz” demək olub. Sancaq yerinə, “çomaqlı iynə” işlədiblər. Qoyunu ayağından tutmaq üçün olan koğaya da çokan (çovkan) deyiblər. Sözün arxetipi çaxmaq feili ilə bağlıdır. Çomaqdan zərbə aləti kimi istifadə olunub, çovkan isə çomağa oxşadığı üçün belə adlanıb (bu söz fars mənşəli hesab edirlər, inandırıcı deyil). Başqa yozum: mənbələrdə çoxmaq kəlməsi “yumru” kimi şərh olunub. Çomağın başı yumru (toppuz) olur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÇökək sözü ilə kökdaşdır, amma diz çökmək ifadəsindəki çökmək sözünün çökək, çuxur anlamları ilə heç bir əlaqəsi yoxdur. Diz çökmək dedikdə “dizi yerə dayayaraq təzim etmək” başa düşülür. Qədim mənbələrdə söz sök şəklində verilib, söykəmək feili ilə bağlıdır. Təhrif nəticəsində sök kəlməsi çök formasına düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti