Bu söz qədim hind dilində “сгуститься”, irland dilində “загустевший”, island dilində “густой” mənalarında işlədilib. Dumanın qatılaşmış forması hesab olunub. Güman etmək olar ki, bulanmaq (bunun da mənasında qatılaşmaq əlaməti var) feili ilə bağlıdır, başqa dillərə bizdən keçib. Şeir də var: “Göydə bulud bulum-bulum bulanır. Yaralarım göz-göz olub sulanır...” “Avesta”da duman və bulud eyni mənalı sözlər kimi işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBir şeyin belini məftillə bərk sarımaq üçün onu (məftili) burur və bu zaman xüsusi ağacdan, dəmirdən burma vasitəsi kimi istifadə edirlər. Ona “burağac” deyilir. Burmaq feili əsasında əmələ gəlib. Əsli buracaq olub, sonra dəyişib (yanacaq modeli üzrə düzəlib). Daha inandırıcı odur ki, söz burağac yox, burğac kimi olub (süzgəc qəlibi üzrə yaranıb). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBurmaq feilindən əmələ gəlib. Sancıya da “buru” deyirlər. Hər ikisi eyni kökə malikdir. Ruslardakı бурение kəlməsi də bizdən keçib. Burulğan kəlməsi də “burmaq” mənası ilə əlaqədardır, suyun burulduğu yerdir, girdabdır. Burxulmaq, burcutmaq da yuxarıdakılarla qohumdur. M.Fasmer rus dilindəki бурить məsdərini alman və ya holland dillərinin biri ilə bağlayır və səhv edir, amma burav sözünü açıqlayarkən səhvini düzəldərək yazır ki, bu (burav), türk dillərindən ruscaya keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə boramaq feili olub və “boran, tufan” mənalarını da əks etdirib. Burmaq, burulğan (burağan forması da qeydə alınıb) sözlərinin kökü bor (bur) feilidir. Hətta boru sözü də eyni kökdən yaranmış isimdir. Bağırsaq da “borusaq” (boru kimi içi boş olan) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu sözün mənası mənbələrdə “qabaq” kimi açıqlanıb. Görünür, burun qab”ağa doğru çıxıntı” deməkdir, bu baxımdan bir sözü ilə qohumdur (qabaqdan gələn). Başqa (və daha inandırıcı) varianta görə, bur sözü “iyləmək” anlamını verən feil olub. Sərin qəlibi üzrə də burun sözü yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti