Döllük kələdir. İki hörgüclü erkək dəvəyə “buğra” (buğur) deyilir. Ehtimal ki, buğa sözü buğra sözünün dəyişmiş formasıdır. Rus dilindəki бугай sözü də buradandır. Zənn edirəm ki, böyürmək feilindən əmələ gəlib (el arasında “buğa kimi böyürür” cümləsi işlədilir). Ruslar бык sözünün mənşəyini мычать sözü ilə əlaqələndirirlər. Deməli, buğa və böyürmək arasında qohumluğun olması inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAxsaq (əsli: ağsaq), bağırsaq (əsli: borusaq), qarsaq (əsli: göysaq), qursaq (əsli: yumrusaq), sarımsaq, qaysaq kimi sözlərdəki –sa (-saq) şəkilçisi arzu, meyil, istək anlamı sözlər yaradır. Buğa (əsli: buğra) erkək heyvandır. İnək buğarsağa gəlir (buğaya meyil edir). Deməli, buğarsaq “inəyin erkəyə meyli” kimi başa düşülməlidir, “buğa arzulamaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBuğday kimi də işlədilən bu kəlmə monqol mənşəlidir. Türk dillərində buğda yerinə, aşlıq işlədilib (Əbu Həyyanda və başqalarında belə verilib). Tuva dilində onun əvəzinə qızıl tas (qırmızı tas) işlədirlər. Görünür, əvvəllər türk dillərində buğda yerinə, elə qızıltas işlədilib. Güman etmək olar ki, tas “arpa” deməkdir, buğda onunla müqayisədə qırmızı rəngə çalır və ona görə də qırmızı arpa kimi adlandırılıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSümüklərin uclarının bir-birinə birləşdiyi yer, bənd, qamış kimi bitkilərdə düyün anlamında işlədilən bu söz qədim bo feilindən əmələ gəlib. Dilimizdə bo (boğmaq) və ya ba (bağlamaq) feilləri mövcud olub, onlardan da boğ feili, bağ ismi törəyib (ehtimal ki, bo və ba feilləri tarixən eyni söz olub). Boğmaq feili sonradan buğ formasına düşüb, buğ –um ismi də gey –im qəlibi üzrə həmin feildən əmələ gəlib. Bağ –anaq sözünün qəlibi göstərir ki, bo feilindən boğmaq yarandığı kimi, ba feilindən də bağmaq feili əmələ gəlmişdir. Onda düşünmək olar ki, boyun ismi boğ-un formasında olub və boğ feilindən törəyib (“bədənin boğuq yeri” mənasında). Boğaz (boğ –uz) ismi də bununla bağlı ola bilər. Farslar barmaqdakı buğumlara bəndçə deyirlər ki, bu da bağlama ilə əlaqədardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Şiş, sallantı” anlamı ilə əlaqədardır. Sözün mənşəyi boğaz kəlməsi ilə kökdaşdır: boğazla çənə arasında əmələ gələn ətli hissədir, bir qədər sallanmış vəziyyətdə olur. Sözün əsli boğaq kimi olub, boğ elə boğazla bağlıdır, -aq şəkilçisi isə yanaq sözündəki şəkilçi ilə eynidir, tərəf bildirir. Zənn edirəm ki, buxaq sözü buraxmaq sözü ilə də bağlı ola bilər (sallanır!). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAlimlərin fikrincə, alınma sözdür və buxar kəlməsi ilə bağlıdır. Türk dillərində onun əvəzinə tarixən tütündük sözü işlədilib. Tüstü sözü ilə bağlıdır, tüstü isə məhz tütün deməkdir (hər ikisi eyni söz olub, sonra mənaları dəyişib). Deməli, buxarı “buxar deşiyi”, tütündük isə “tüstü deşiyi” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə boğağı kimi göstərilib. Boğmaq (ehtimal ki, bu da bağlamaq) feili ilə qohumdur. Buxovluq (mənbələrdə bokağılıq kimi qeydə alınıb) sözü də mövcuddur: ayaqda buxovun bağlandığı yerə deyirlər. Mənbələrdə həmin sözün bağancaq forması da var. Ehtimal ki, “bağlanğıc” deməkdir. Deməli, buxov boğmaqla, buxovluq isə buxovun bağlandığı yerlə (bağanaq...) bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAlınma sözdür, tələffüzü də ağırdır, xalq arasında da yayıla bilməyib. Bizdə onun əvəzinə qayakələri işlədilib, indi də el içində çox yayılıb. İkinci adı da üzülən olub (tez-tez rəngini, üzünü dəyişir). Kələr bizdə çox yayılmış söz olub: sukələri –salamandra, qumkələri –kərtənkələ və s. İndi bircə kərtənkələ sözü saxlanılıb. Kələr sözünün mənası “gödək” deməkdir. Kərtənkələ yerinə, “kəltəilan” (gödək ilan) da deyiblər. Deməli, buqələmun sözünün yerinə, qayakələri (və ya üzlən) işlətmək pis olmazdı, bunu H.Zərdabi də məsləhət bilmişdir. O yazırdı ki, buqələmun kərtənkələnin bir növüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiHeyvan təzə doğulduqda onun ilk 2-3 günlük südü ağuz adlanır. Sonrakı bir neçə günün südünə “bulama” deyirlər. Ağuz balanı mayalandırmaq üçündür və çox yağlı olur. Bulamada yağlılıq nisbətən azalır və süd olmağa doğru inkişaf prosesi gedir. Ağuz və süd arasında keçid dövrü olan bulama ikili xarakterə malikdir: ağuz+süd. Ona görə də qarışıq (bulama) vəziyyətində olur. Ağuzu qazanda bişirdikdə alınan yemək kətəməz adlanır. Səbəbi isə odur ki, bəzi dialektlərdə ağuz yerinə, kələkə işlədilir və kətəməz həmin sözdən törəmədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti