Dialektlərdə addamaq feili və addama ismi var. Birinci, suya daş qoyub ayağı üstünə basmaqla o biri taya keçmək deməkdir; ikinci “nərdivan” mənasında işlədilir. Hər ikisi addım kəlməsi ilə bağlıdır. Sonuncu söz “ayağı nərdivanın basqıclarına (pillələrinə) qoymaqla yuxarı qalxmaq və ya aşağı enmək” deməkdir. Güman edirəm ki, sözün tərkibindəki -da şəkilçisi -la olub, sonra assimilyasiyaya uğrayaraq -da şəklinə düşüb (müqayisə et: al-latmaq və al-datmaq). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə ad (ay, ad) sözləri rus dilindəki “шагать”mənasında verilib. Belə məlum olur ki, ayaq və addım sözlərinin kökü feildir. Ay “yerimək”dir, ayaq isə “yerimək üçün vasitə”dir. Addım atmaq isə sinonimlər birləşməsini xatırladır, hər ikisi eyni kökə malikdir. Atmaq sözündə at (ay, ad) kəlməsi feil kimi indi də qalır. Ay sözünün “danışmaq” mənası da məlumdur və ayıtmaq (ay-ıt-maq) sözündə özünü hifz edə bilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti