Qərb dialektlərində “birgə” (birlikdə) mənasında işlədilən bu sözün mənşəyi 2 ehtimal əsasında yozula bilər: 1) birəiki kəlməsinin dəyişmiş formasıdır; 2) birəkü sözünün variantıdır. Mənbələrdə bu qəlib üzrə yaranmış beşəkü (пятеро) sözü də var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə -gə şəkilçisi feillərdən isim düzəldir (süpür –gə və s.). Bəs bir sayına artırılmış –gə nə şəkilçisidir? Bu sözün mənbələrdə birgər forması da qeydə alınıb. Dialektlərdə birgə əvəzinə birədi sözü də işlədilir. Sözün əsli mürəkkəb olub: birəiki. İnkişaf prosesində söz birgə formasını kəsb edib. Deməli, buradakı –gə şəkilçisi iki sözün zəminində (kontaminasiya yolu ilə) əmələ gəlib. Başqa bir yozum: əsli birik (mək) feili və -ə feili bağlama şəkilçisindən əmələ gəlib: gör-ə, de-yə qoşmalarının qəlibi üzrə yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiŞəkidə və Tovuzda daha çox işlədilir, Qazaxda və Şuşada bitbəbit kimi qeydə alınıb. “Diqqətlə, tələsmədən yavaş-yavaş axtarmaq” mənasını əks etdirir. Tarixi mənbələrdə “искать” anlamında irt (irtə) feili var. Görünür, irt sözündən irtə -irtə feili bağlaması əmələ gəlib (müqayisə et: qaça –qaça...) və təhrif nəticəsində bittə -bittə şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə biyə və biyələk sözləri var. Biyə əqrəb, çayan sözlərinin sinonimidir (hörümçəyə bənzəri var). Biyələk isə kököyündür (ovod). Heyvanları bərk sancır və rəngi göy olduğu üçün kököyün adlanıb. Ehtimal ki, biyə və biyələk sözləri kökdaşdır, biz, biçmək sözlərinin kökü olan bi ilə biyələk qohumdur, “sancan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQırğız dilində bu söz şibiğə (şibətə) kimi işlədilir. Şiş sözü ilə əlaqələndirilir və ucu iti kimi açıqlanır. Bizdə, məncə, “biçmək” anlamı ilə bağlıdır, “kəsən”, “deşən” deməkdir. Sözün tarixi kökü “kəsmək”, “deşmək” mənasını verən bi olub. Bi kəlməsindən də biçmək feili, biz ismi əmələ gəlib. Biz indi “deşmək” mənasını əks etdirir. Başqa bir ehtimala görə biz buynuz sözünün dəyişmiş formasıdır. Qabaqlar biz yerinə, buynuzdan istifadə olunub. Birinci daha inandırıcı variantdır. Yakutlar buna “burkeç” deyirlər (“şilo”mənasında). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Горло” mənasını əks etdirir. Bu söz mənbələrdə boğurdaq kimi verilib, boğmaq feili ilə bağlıdır kimi qeydə alınıb. Boğça sözü də bununla qohumdur. Əbu Həyyanda (XIII–XIV əsr) bu söz boğaq (boğuq yer) kimi qeydə alınıb. Türkmənlər buna “boğurdaq” deyirlər. Deməli, boğmaq sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Hamilə heyvanlar haqqında “boğazdır” kəlməsi işlədilir. Sözün əsli buza şəklində olub və “doğmaq” mənasını əks etdirib. Buzov sözü də həmin zəmində əmələ gəlib. Mənbələrdə buzov yerinə buzağu yazılıb. Oğlan kəlməsi doğmaq feilindən törədiyi kimi, buzov sözü də buza feilindən törəmədir. Oğlaq (keçi balası) və oğlan kökdaş sözlərdir. Güman etmək olar ki, buzov və quzu sözləri də eyni kökdən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDadanaq, bağanaq, tozanaq (toz –a –anaq), çəkənək (çəkələt kimi də işlədilir), qasnaq (qatlanmış), qayğanaq, biçənək, sızanaq, soğanaq tipli sözlərin hamısında –anaq (naq) şəkilçisi feildən ad düzəltməyə xidmət edir. Boğanaq boğmaq feili ilə bağlıdır, havanın ağırlığı nəticəsində nəfəs almağın çətinliyini (boğulmanı) bildirir. Bürkü də bu sözün dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə göstərilir ki, ba feili olub və indiki “bağlamaq” mənasını əks etdirib. Həmin feildən bağ ismi də yaranıb. Eyni qayda ilə bo feili də mövcud olub və ondan boğ sözü əmələ gəlib. Boxça (əsli: boğça), boğaz (əsli: boğuz), buxaq (əsli: boğaq) sözləri də həmin boğ ad –feil omonimindən törəyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti