Bizdə narkoz (bu, nərgiz sözü ilə qohumdur) əvəzinə son vaxtlara qədər bihuşdarı sözü işlədilirdi. Söz fars mənşəlidir: bi –huş –daru. Birinci komponent bizim –sız4 şəkilçisinə uyğun gəlir (biqeyrət –qeyrətsiz), huş elə “huş” deməkdir (huşum başımdan çıxıb...), daru isə farsca “dərman” deməkdir. Deməli, bihuşdarı “huşsuzlaşdırma dərmanı” kimi başa düşülür. Darçın sözü də daru (farsca: dərman) və Çin (Çin ölkəsi) sözlərindən əmələ gəlib: “Çin dərmanı” (otu, bitkisi...) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDeyirik: -dır4 şəkilçisi təsirli feillərə artırıldıqda icbar növ düzəldir. Bildirmək kəlməsi bu qanuna tabe deyil. Niyə? Mənbələrdə həmin söz bilgirt kimi yazılıb, deməli, sözdə -dir şəkilçisi olmayıb, kəlmə təhrif nəticəsində bildir şəklinə düşüb. Qədim dövrlərdə -gır4 şəkilçisi kauzativ (müəyyən səbəblə bağlı hərəkətə təhrik) mənalı feillər düzəldib: görkür (baxmağa təhrik elə), ötkür (yola sal və s.). Təsirli feil düzəldən –ır4 şəkilçisi (köçür, keçir..), ehtimal ki, həmin –gır4 ( və ya –dır4) şəkilçisinin zəminində yaranmış, ona görə də feilin indiki zaman şəkilçiləri ilə yalnız omonimlik münasibətindədir, yəni qohumluğu yoxdur: köçürür feilində köç təsirsiz feildir, sözün köküdür, köçür təsirli feildir, düzəltmədir, sonuncu –ür şəkilçisi indiki zamanı bildirir. Sözün qədim forması köç –kür –ür kimi olub, sonra ikinci k səsi ixtisara düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏvvəllər bağlaq formasında olub. Barmaqların ələ birləşdiyi (bağlandığı) yerə “bilək” deyirik (ayaq biləyi ifadəsi də var). Bələk (uşağı bələmək) sözü də bağlaq kəlməsi əsasında əmələ gəlib. Buxov sözü də bağlav kimi işlədilib, ayaqları bağlamaq vasitəsidir, cidardır. Deməli, o da bağlamaq sözü ilə qohumdur. Bəzən bilək sözünü barmaqların sayına əsasən “beş” mənasını verən söz kimi şərh edirlər. Məncə, o qədər də doğru fikir deyil. Bəzi türk dillərində bilək əvəzinə bağış sözü işlədilir ki, bu da məhz kəlmənin bağlaq sözündən əmələ gəlməsinə dəlalət edir. Çuvaş dilində bu söz pilek kimi işlədilir və iki məna bildirir: “5 barmağın birləşdiyi yer”; “beş” sayı, ikinci məna sonradan törəmədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÖzbək dilində biləküzük kimi işlədilir, “bilək üzüyü” deməkdir. Üzük barmaqda, bilərzik biləkdə, bazubənd isə qolun qarı hissəsində (çiyinlə dirsək arasında) olur. Deməli, üç üzüyü fərqləndimək üçün üzük, bilərzik, bazubənd sözləri işlədilib (sonuncu söz alınmadır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYaylaqda yaşayış yerinə “binə” deyirlər: bina “lövbər salınan yer” deməkdir, alınma sözdür, ərəbcədir. Binəli sözü də var və “həqiqətən”, “birdəfəlik” mənalarında işlədilir. Binəli getmək “evli – eşikli (birdəfəlik getmək)” deməkdir. S.Vurğun “Binələri çadır – çadır, çox gəzmişəm özüm, dağlar” deyəndə yaylaqdakı çadırları (“binaları”) nəzərdə tutmuşdur. Deməli, binə kəlməsi bina sözünün bir qədər dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə bürgə şəklində əks etdirilib. Burmaq feili ilə bağlıdır. Birəni məhv etmək üçün hökmən barmaqların arasında burublar. Ad da buradandır. Paxlalalı bitkilərin (noxud və s.) ümumi adı burcaq olub. Bu da bürümək sözü ilə bağlıdır. Onların üstü xüsusi pərdə (qabıq) ilə örtülü (bükülü) olduğu üçün belə adlandırılıb. Böyrək sözü də üstüörtülü anlamı ilə bağlıdır. Bu tip sözlər çoxdur. Mənbələrdə bu sözlə yanaşı, eyni mənada səgirtkiş (səgirtmək “sıçramaq” demək olub) kəlməsi də işlədilib. Özbəklər buna “burqa” (burma), türkmənlər isə “bürə” deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti