Mənbələrdə bu sözün ruscaya tərcüməsi “виноградный сироп” kimi verilib. Sok və sirop belə fərqlənir: sok –toxuma və hüceyrələrdə olan şirədir. Sirop isə meyvə şirəsi ilə şəkərin qarışdırılmasından hazırlanır. Qaynaqlarda siropun qarşılığı sücük kimi verilib. Biz onların hər ikisini şirə adı altında işlətməklə səhvə yol veririk. Sözün kökü bərkimək feili ilə bağlıdır. Bəkməz “çox bərkiməyən” deməkdir, göl yerinə, axmaz sözü də işlədilir. Bəkməz və axmaz kəlmələri eyni qəlib üzrə yaranıb. Qaraqalpaq dilində məz (mes) adlara (isim və s.) qoşulan inkar şəkilçisidir, “deyil” anlamında işlədilir (bizdə isə feilə qoşulur). Məncə, bəkməz məhz feildən törəmə sözdür. M.Fasmer, Radlov və başqaları bəkməz sözünü fars mənşəli hesab edirlər, amma farslarda doşab işlədilir. Mənbələrdə bekmaz sözü də var və “şərab” mənasında işlədilib. Söz bununla da bağlı ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün mənası uşağı bələmək birləşməsində daha aydın hiss olunur. Bu feildən bələk ismi də yaranıb. Bağlamaq kəlməsinin dəyişmiş forması bir tərəfdən bələ, digər tərəfdən isə bilək sözlərinin yaranması ilə nəticələnmişdir. Bil-ə-k “barmaqların bağlandığı yer” (bağlaq) deməkdir. Bunu bir də o sübut edir ki, mənbələrdə bilək sözünün sinonimi kimi bağış sözü də mövcuddur. Bəs nə üçün uşağın əskisinə bələk deyilib, dolaq deyilməyib? Çünki qabaqlar uşağı beşiyə bağlayıblar. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti