Şalvarın ayaq hissəsinin qatlanıb tikilməsinə “balaq” (fransızca: manjeta) deyirik. Bu, belə yaranıb: Ba feili (indi müstəqil işlədilmir) üzərinə -ğ şəkilçisi artırmaqla bağ ismi düzəlib, ona da –laq şəkilçisi artırılıb. Sonra –ğ tələffüzdə reduksiya olunub (bunun təsiri orfoqrafiyaya da keçib) və söz balaq (bələk də bu yolla yaranıb) şəklinə düşüb. Deməli, balaq kəlməsi bağlaq sözünün dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİnsanın sümük sisteminə bazu (çiyin-dirsək arası), bud (diz-çanaqlıq arası), baldır (diz-ayaq arası) və bilək (dirsək-əl arası) sümükləri daxildir. Bilək sözü bağlaq (müqayisə et: bələk) kimi olub, “bağlama” anlamı ilə əlaqədardır. Xalq arasında baldır sümüyü də “ayaq biləyi” adlanır. Deməli, elə baldır sözü də “bağlama” mənasını əks etdirir (ayaq barmaqlarının bağlandığı yerdir). Bəzən bilək, baldır sözlərini beş kəlməsi ilə də əlaqələndirirlər. Məncə, birinci variant daha inandırıcıdır. Başqa mülahizə də mümkündür: baldır sözü qədim qaynaqlarda “çıxıntı” kimi açıqlanıb. İkinci mənası “qohum”, “qol-qanad” deməkdir. Üçüncü mənası “ərin kiçik baldızı” anlamı ilə bağlıdır (bu, “qol-qanad” deməkdir). Bəs niyə təkcə kiçik baldızı baldırla əlaqələndiriblər? Görünür, onun boyca kiçikliyi (“mənim baldırım boydasan” deyirik), balaca olması baldırla müqayisə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYaylaqda bulaq başında bitən, özəyi yeyilən bitkidir. Güman edirəm ki, balıq, palçıq sözləri ilə kökdaş ola bilər, çünki yalnız sulu, bataqlıq yerdə əmələ gəlir. Suyu çox sevir, ona görə də ehtimal ki, sözün əsli palçıqyığan olub, sonra dəyişib (burada palçıq “su” mənasındadır). Lilpar sözü də var və “lildə bitən” deməkdir (lil sözü də “su” anlamını əks etdirir). Bəzən lilparı nilufər sözünün təhrifi hesab edirlər. Düz deyil, çünki lil bizim sözdür və иль şəklində rus dilinə də keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə “kiçik gəlin” anlamı baltır sözü ilə verilib. Gəlinin kiçik bacısı “baldız” adlanıb. Bəzi türk dillərində “yalduz” (baldız), “yaldız” (qızıl suyuna salınmış) “baldız” mənasında işlədilir. Belə olduqda “baldız” “gözəl” mənasında işlədilən “parlaq” anlamını əks etdirə bilər. Türk dillərində yaşca kiçik qohumlara baltır, arvadın kiçik bacısına baltız deyiblər. Maraqlıdır: böyük bacının əri baca, kiçiyinki bacanaq adlandığı kimi, arvadın böyük və kiçik qohumları da müxtəlif sözlərlə (aba, xala, baldız və s.) ifadə olunub. İndi baldız “kiçik” mənasından uzaqlaşıb, həm də yalnız arvad tərəflə məhdudlaşmır. Ər və arvadın bütün bacıları onlar (ər və arvad) üçün baldız hesab olunur. Deməli, baldız tarixən (bala) kiçik sözü ilə bağlıdır, “çıxıntı” mənası da mövcud olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiZənn edirəm ki, palçıq (su) kəlməsi ilə bağlıdır, “sudayaşayan” mənasını verir. Dilimizdə alabalıq (фарель), qarabalıq (линь), eşşək balığı (треска), ayı balığı (тулень) və s. balıq adları var. Bəzi türk dillərində palçıq sözünün yerinə balıq işlədirlər. Bu da hər iki sözün su ilə əlaqədar olduğunu sübut edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQabaqlar ağac doğrama aləti yox, silah növü olub. Maraqlıdır ki, xəncər yerinə, bötə işlətmişik. Kərtmək, kəsmək yerinə, başa deyilib (baş həm də “yara” demək olub). Başaq sözü ruscaya “острие” kimi tərcümə edilib. “Dil başaq tursa, bütməs” (dil yaralasa, sağalmaz) cümləsi də var. Oraq yerinə baştar da işlənib. Salyan rayonunda yarı böl əvəzinə, böltələ işlədilir. Sünbülə (bu, ərəbcədir) “başaq” deyirik. Bötə (xəncər), başa (kəsmək), başaq (iti), baştar (oraq), böltə (parçala), baş və ya başaq (sünbül), baş (yara) kimi sözlərdən belə nəticəyə gəlmək olur ki, balta sözü “vurma, kəsmə, yaralama” anlamları ilə bağlıdır. Baş təkcə “голова” yox, həm də kəsilməli olan yerdir (sünbül). Oraq ona görə baştar adlanıb ki, başı (sünbülü) kəsmək vəzifəsini yerinə yetirib və s. “Yəhər atın belini basıb” cümləsi var. Buradakı basmaq sözü “yara” mənasını verən baş sözü ilə eyni kökə malikdir və ad-feil omonimi olub. Rus dilindəki кувалда sözü də balta kəlməsinin dəyişmiş formasıdır. Onlarda (ruslarda) dəmirçi çəkici də балодка adlanır. Baltanın kəsər yox, zərbə aləti olması və rus dilində çəkicin də bu kəlmə ilə bağlı olması bir daha göstərir ki, balta sözü bölmək (böltələmək) kəlməsi ilə bağlı yaranıb. Qaqauz dilində balta yerinə, nacat, onun pasını təmizləyən cod kağıza nacdat deyilir. Deməli, türk dillərində balta anlayışı müxtəlif sözlərlə ifadə olunur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Güman edirəm ki, bağırmaq, böyürmək, bəyirmək, banlatmaq tipli sözlər tarixi baxımından qohumluq əlaqələrinə malikdir, onların etimoloji kökü ba hissəsidir. Bu etimonun mənasını mənbələrdə tapa bilmədim, ehtimal ki, bağır (ciyər), boğaz anlayışları ilə əlaqədar bir söz olub.
2. Banq farsca səs deməkdir, q samiti ixtisara düşdüyündən söz ban+la formasında sabitləşib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti