Bəzi qaynaqlarda bunu fars mənşəli hesab edirlər. Əslində bağ (сад) sözü zəminində yaranıb. Bağ isə meyvəliyin ətrafının çəpərlənməsi (bağlanması) ilə əlaqədardır. Maraqlıdır ki, rus dilində də bu, огородить kəlməsi ilə ifadə olunur. Farslar bunu bizdən götürüblər, onlarda tarixən bostan (bustan) kəlməsi işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÇağdaş dilimizdə daha çox bardaş kimi işlədilir. Ayaqları bir-birinə ilişdirərək (bağlayaraq) oturmaqla bağlıdır (biz uşaq olanda bağdaş qurmayanlara çörək vermirdilər. Çünki bağdaş qurub oturmaq abır-həya simvolu idi). Bağlamaq feili ilə əlaqədar olduğundan indi bardaş işlətməyimizə elmi cəhətdən bəraət qazandırmaq olmaz. Sözün ayboqdaş forması da olub. Ay (dəyirmi), boq (boğ, bağla), daş (birlik) hissələrindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAnadolu türkləri bələk sözünün sinonimi kimi bağırdaq kəlməsini işlədirlər. Ehtimal ki, bağır və bağırsaq sözləri eyni kökdən törəmədir, bağlamaq (əlaqəli olmaq, sarınmaq) kəlməsi ilə bağlıdır: bağır kəlməsi bağıl, bağıldaq kimi olub sonra l səsi r səsi ilə əvəz edilib. İkinci ehtimal da mümkündür: bağır, doğrudan da, bağlı sözü ilə əlaqədardır, “üstü qarın dərisi ilə örtülü (bağlı) olan”, “xaricdən görünməyən”, “içalat” deməkdir. Bu mənada bağır sözü içalat kəlməsinin sinonimi olub və qarın boşluğunda olan üzvlərin hamısını əhatə edib (qarında qara, ağ və göy bağırların olması göstərir ki, daxildəkilərin hamısı haçansa “bağır” adlanıb). Ən inandırıcı yozum belədir: bağır monqol sözüdür, mənası “yumşaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Şiələrin beşinci imamının (Əli, Həsən, Hüseynin oğlu Əli (Zeynalabdin), Məhəmməd (Zeynalabdinin oğlu)) fəxri adı Bağır olub. Ərəbcə mənası “müdrik” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiArabada qolun (дышло) oxa bağlandığı yerə “bağırcıq” deyiblər (indi də dialektlərdə və bəzi türk dillərində işlədilməkdədir). Bu, bağırmaq feili ilə əlaqədardır, çünki arabada ən çox səs salan yerdir (oxla yastıq bir-birini sürtür və cırıltı yaradır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiNə qədər qəribə olsa, bu söz bağır kəlməsi ilə eyni kökə malikdir.Adam hirslənəndə ağ bağırda bərk qızışma baş verir və insan qışqırmaq yolu ilə sanki bağrını sakitləşdirməyə çalışır. Ağ bağır hiss-həyəcan mənbəyidir, mənbələrdə o, qəzəb sözünün sinonimi kimi də işlədilib. İkinci mülahizə də mümkündür: oğlaq bəyirir, inək böyürür, adam bağırır. Bunların hamısı eyni sözün müxtəlif formalarıdır. Çağır və çığır, çənə və çeynə kimi sözlər də həmin qəlib üzrə yaranıb. Burada daxili fleksiya əlamətlərinin şahidi oluruq. Bağırmaq sözü boğaz kəlməsi ilə də qohum ola bilər, “boğazdan çıxan səs” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu sözün mənşəyi haqqında çox mülahizələr var: bağlama vasitəsi olduğu üçün (bağırsaqdan indi də saza pərdə düzəldirlər) belə adlana bilər; boğuq, buruq-buruq olması da (boğursaq, boğuqsaq...) onun “bağırsaq” adlanmasına səbəb ola bilər; orqanizmdə bağırla əlaqədar olduğu üçün də bu cür adlanması mümkündür. Tatarlar, qazaxlar yağda qızardılan xəmir kürəciklərinə “bağırsaq” deyirlər. Bu kürəciklər qoyun qığına bənzəyir. Bəlkə də, bağırsaq sözü daxilində saxladığı yükün adı ilə bağlı bu cür adlanıb. Gəldiyim son nəticəyə görə, bağırsaq sözü boru kəlməsi ilə qohumdur. Bəzi türk dillərində şlanq yerinə də bağırsaq işlədirlər. Qabaqlar bağırsaq yerinə, süzük sözü də işlədilib. Görünür, bu bir qədər cavan sözdür, bağırsaqların özündən ferment buraxması əhaliyə məlum olduqdan sonra yaranıb, qidanın bağırsaqdan qana süzülməsi ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Mənbələrdə “ürəyiyumşaq” mənasında işlədilmiş bağırsaq sözü var (bağır kəlməsinin mənalarından biri “ürək” deməkdir). Bağır kəlməsindən bağır-sa-maq (ürəyə yaxın hesab etmək) feili, ondan isə bağır-sa-q sözü əmələ gəlmişdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÇincədir, mənası “müəllim”, “lələ” (tərbiyəçi), “dayə” deməkdir. Farslardakı xoca sözünün mənasına uyğun anlamda işlədilir. Bizdə oğlan adı kimi geniş yayılıb və “ağıllı” (müəllim kimi olan) anlamında işlədilir. Adın yayılması C.Cabbarlının yaratdığı obrazla bağlıdır. Güman ki, Baxış adı da buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAlınma sözdür. Bizdə onun yerinə qapalıq qız ifadəsi (və ya qapaq sözü) işlədilib. Ətənə yerinə də qaplığ işlətmişik. “Родился в сорочке” cümləsinin mənası türk aləmində qaplığ oğul birləşməsi ilə ifadə olunub. Qapaqla sözü “лищать невинности” kimi tərcümə olunub. İndiki qapazlamaq kəlməsi qapaqlamaq sözünün dəyişmiş formasıdır (əl ilə zərbəni bura qatmaq olmaz). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBərk (qatı) anlamında təsadüf etmişəm. Bərk bəkməz mənasını verən bal palçıq ifadəsi olub. Göründüyü kimi, birləşmədəki bal sözü bərk kəlməsinin sinonimi kimi işlədilib. Ehtimal etmək olar ki, bal və palçıq qohum sözlərdir, fərq ondan ibarətdir ki, birinci (bal) ikinciyə nisbətən daha qatı olur. Başqa yozum da var: bal ərəb dilində “arı” deməkdir. Bizdə məna dəyişib və heyvanın özünü yox, məhsulunu əks etdirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
fr. balle – kürə
Etimologiya lüğəti