(Əsli: abru) fars mənşəlidir, ab “su” deməkdir, ru isə “üz”; və onun 2 yozumu ola bilər:
1. “Üzünün suyunu ətəyinə axıtmaq”.
2. “Elə günə salmaq ki, tumanını qaldırıb üzünü gizlətsin”. Deyimdəki bükmək sözü göstərir ki, 2-ci yozum daha doğrudur. Birinci doğru olsa idi, bükmək yox, tökmək sözü işlədilərdi. Bizdə ud sözü işlədilib. Ayıblı yerə “ud yeri” deyiblər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə həm feil (acmaq), həm də ad (ac adam) kimi işlədilir. Aş (xörək) sözü zəminində yaranıb. Mənası “aş (xörək, yemək) istəmək”, “aş arzulamaq” demək olub. “Ərsəyə (əsli: əsrə) gətirmək”, “bəsləmək”(əsli: aşlamaq) sözləri də tarixi baxımdan aş (aşlamaq) sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün əsli aşgözdür. Elə ac sözü də aş kəlməsinin dəyişmiş formasıdır. Acgöz (aşgöz) yeməkdən doymayana, həmişə yem (aş) arxasına boylanana deyirlər. Az aşın duzu deyil, Nə tökərsən aşına..., Ayranaşı, qatıqaşı, aşpaz, aşxana kimi onlarla söz sübut edir ki, aş təkcə “plov” yox, ümumiyyətlə, “yem”, “xörək” demək olub. Qazan yerinə, aşac, yemək yerinə, aşlamaq işlədilməsi türk xalqlarında çox yayılıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti