Mənbələrdə anla sözü (понимать), ana feili (разуметь), anlaq ismi (разумный) mövcuddur. Deməli, sözün kökü an olub, -a şəkilçisi onu feilə (an-a) çevirib. An ərəb dilindən keçmiş ağıl sözünün yerinə işlədilib və sonra kəlmə söz doğma sözü xeyli sıxışdıra bilib. Bəzən an sözünün feil hesab edirlər. Belə olsa idi, həmin söz –la şəkiçisini qəbul edə bilməzdi (feil bu şəkilçini qəbul etmir). Anmaq feili isə ayrı, müstəqil sözdür, yuxarıdakının omonimidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiArabanı ilk dəfə türklər kəşf edib və adını da qanqılı qoyublar (tayfa adı ilə bağlıdır). Bu, ilk dəfə ikitəkərli olub. Sonra dördtəkərli arabaya çevrilib, qabaq və arxa oxlar ulama vasitəsilə birləşdirilib, yəni ara bağlanıb. Araba – arası bağlı qanqılıya deyiblər. Söz də ara-ba (arası bağlı) şəklində formalaşıb. Başqa yozum da mümkündür: araba – “məsafəni qət edən” (iki məntəqəni birləşdirən, aranı bağlayan) anlamı ilə də bağlı ola bilər. Tuva dilində buna teqer (teqre), yəni təkər deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMaks Fasmerə görə, arağı ilk dəfə qıpçaqlar hazırlamış və ona araka adını vermişlər. Mütəxəssislər araq sözünü, bir qayda olaraq, ərəb mənşəli hesab edir, amma məsələnin mübahisəli olduğunu xatırlatmağı da unutmurlar. Sözün türk mənşəli olması daha inandırıcıdır, çünki indi də bizdə arat kəlməsi işlədilir: “sulanmış şum” anlamını verir (arata qoymaq, aratı qaçmaq kimi ifadələr də mövcuddur). Araq sözünün qədim mənası “su” deməkdir. Rus dilindəki орошать, роса sözləri də bizim arat, araq sözləri ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQaynaqlarda arası-ara kimi də qeyd olunub. Görünür, “məsafə (ara) vermək” mənası ilə bağlıdır. Seyrək (qədim mənası “az” deməkdir) kəlməsi də sıra sözü ilə qohumdur, kökləri bir olub; ifadə bəzən ara-seyrək kimi də işlədilir. Bu da sübut edir ki, sıra və seyrək tarixi baxımdan eyni söz olub. Seyrək sözü ilə müqayisədə sıra sözünün tələffüzü bir qədər asandır. Dil həmişə ağır ifadələrdən yüngül ifadələrə döğru meyilli olur. Ona görə də sıra sözü seyrək kəlməsini üstələmişdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti