Tuva dilində bu sözün yerinə iyə (qida verən) işlədilir. Görünür, ana sözü iyə sözünün dəyişmiş formasıdır. İyə isə öz növbəsində yemək feili ilə bağlıdır, “кормилица” deməkdir ( mənbələrdə ana sözünün ruscaya tərcüməsi məhz bu cür verilmişdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiO əvəzliyi bir vaxt an şəklində işlədilib (klassik ədəbiyyatımızda ol forması da olub). Arı hissəsi isə yer sözünün şəkilçiləşməsindən başqa bir şey deyildir: an+arı “o yer” (o tərəf) deməkdir. Müvafiq qaydada bəri (bura) sözü də “bu yer” birləşməsinin sadələşmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiOğlan (bəy) evindən qızın ailəsinə göndərilən hədiyyə el arasında anayolu adlanır. “Böyüklərin yolunu gözlə” deyirik. Hər iki halda yol sözü “hörmət” mənasında işlədilmişdir. Deməli, anayolu – “anaya hörmət” deməkdir. Maraqlıdır ki, ayaq sözü də “hörmət” mənasında işlədilə bilir: Kiminsə ayağına getmək..., kimisə kiminsə ayağına vermək ifadələri az işlədilmir. Burada ayaq məhz hörmət anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBağlayıcılardan amma, lakin sözləri ərəbcədən alınmadır, ancaq öz sözümüzdür. Tarixən hərfi mənası “bu çağ” demək olub. Sonra yeni məna kəsb edib. Mənbələrdə ancan, ancaq və anca (столько), ancağına (в это время) sözləri də qeydə alınıb, bunlardan biri (ancağına) ancaq bağlayıcısına çevrilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti