Əbu-Həyyan bu sözü heyvan dərisindən olan “örtük”, “paltar” kimi açıqlayıb. Burada al kəlməsi “yuxarı”, “üst” mənasındadır. Palan (çul) sözünün sinonimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
qərb dialektlərində alığını almaq (nazını yatırtmaq, köpünü yatırmaq) ifadəsi var; Alıq “Qutadqu bilik”də “kapriz” anlamında işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiEl arasında “alımını vermək” ifadəsi işlədilir. Alım mənbələrdə borc kimi açıqlanıb. Deməli, “payını vermək”(əvəz çıxmaq) deməkdir. Alığını almaq birləşməsi də mövcuddur. Alıq kəlməsi qaynaqlarda rus dilinə “каприз”kimi tərcümə olunub. Deməli, “köpünü yatırmaq” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Ön”, “qabaq tərəf” deməkdir. Başın ön tərəfində olduğu üçün alın adlanıb. Alın yazısı da “öncədən olan yazı” deməkdir. Farslar alın anlamını pişani sözü ilə ifadə edirlər. Piştaxta, pişvaz sözlərində piş “ön” deməkdir. (Pişab farslarda “qabaq suyu (sidik)” kimi başa düşülür). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu, heç də başın bir hissəsini təşkil edən alındakı yazı demək deyil. Alın sözünün qədim mənası “ön, əvvəl, qabaq” deməkdir. Alın yazısı “əvvəlcədən insanın taleyinin proqramlaşdırılması” deməkdir; “olacağa çarə yoxdur” anlamını əks etdirir. Bununla yanaşı, tale yazısı ifadəsindən də istifadə edirik. Tale (tulu) ərəbcə “meydana çıxma, doğulma”deməkdir. Göründüyü kimi, burada alın (лоб) sözü yoxdur, “anadangəlmə”mənası var. Əslində, “лоб” anlamını verən alın sözünün də mənası “qabaq” deməkdir. Fars dilində piş kəlməsi “qabaq”, pişani isə “alın” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTarixən balanı öz anasını əmməyə öyrətməyə “aldırmaq” (alışdırmaq) demişik. İndi də iş alınmadı (baş tutmadı) deyirik. Tərbiyədə alışdırma metodu mövcuddur. Almaq sözünün qədim mənalarından biri “öyrətmək, adət etdirmək, baş tutmaq” deməkdir. Söz elə indiki al (götür, qəbul et) kəlməsi ilə eynidir. Söhbətimiz alınmadı o deməkdir ki, “bir-birimizin fikrini qəbul edə bilmədik”. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Adam namünasib bir sözü, fikri öz ünvanına qəbul etdikdə pərt olur. Buna alınmaq deyilir. Sözün kökü “qırmızı” mənasını verən al kəlməsindən ibarətdir. Bərk-i-mək modeli üzrə al-ı feli düzəlib, sonra həmin söz qayıdış şəklində (al-ı-ın-maq) işlədilib. Allanmaq(al, qırmızı boyanmaq) sözü də alınmaq kəlməsi ilə kökdaşdır. “Filankəsin sifəti allandı” (qızardı) cümləsində də allanmaq “qırmızı” mənası ilə bağlıdır. Rus dilində işlədilən алый sifəti də buradan törəyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti