Farslar buna zağ deyirlər. Ehtimal ki, zəy onun təhrifidir. Bizdə onun yerinə azmuq, acıdaş kəlmələri işədilib, keçəl adamlara azmut daz (başı zəy kimi daz olan) dediyimiz vaxtlar olub. Bəzən Şəmkir rayonundakı Zəyəm qəsəbəsinin adını da zəy sözü ilə bağlayırlar. Z.Xasiyevin gəldiyi nəticəyə görə, Zəyəm çayı da, Zəyəm qəsəbəsi də qədim türk tayfalarından birinin adı ilə bağlıdır. Doğrudan da, Zəyəm çayının adı qədim tarixə malikdir, zəy sözü isə dilimizə nisbətən sonra daxil olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFars sözüdür və “zirzəmisi olan türmə” deməkdir. Bunun müqabilində biz qoduqluq (quyu sözündəndir, bu sözün qədim forması quduq kimi qeydə alınıb) işlətmişik və dialektlərdə indi də işlədilir. İkinci bir zindan (əsli: sindan) sözü də var və ərəbcədir. Dəmirçilərin üstündə dəmir döydüyü vasitədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAlınma sözdür, bizdə onun yerinə çorotu kəlməsi olub. Çor xəstəliyinin müalicəsində həmin otdan istifadə edilib. Xoş iyli toxumu var və ədviyə kimi indi də ondan istifadə olunur. İndiki ədəbiyyatın yazdığına görə, çor xəstəliyi yalnız bitkilərdə olur, əslində isə, insan və heyvanda da özünü göstərir. Bununla bağlı, çor sözü söyüş kimi də işlədilir (sənə çor dəysin). Güman ki, çor və çər (çərləmək) xəstəliklərinin adı eyni sözə bağlı olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti