Zənzibar adasından qul gətirib ərəblərə və farslara satan adamları ərəblər zənci adlandırıblar. Zənzibar adasının adı ilə bağlıdır, “zənzibarlı” deməkdir, ərəbcə əzzinc kimi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Əsli “ilcir”dir. İlişmək feilinin kökü ilə qohumdur: “bir-birinə ilişmiş halqalar ardıcıllığı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farsca “çənə çuxuru”dur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Mənbələrdə can (canq) kimi göstərilib. Görünür, canqıltı sözü ilə bağlıdır. Zanqıltı da bununla əlaqədardır. Deməli, təqlidi sözdür, çıxardığı səsə görə bu cür adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Zəng sözü ilə bağlıdır. Əsl mənası “колокольчик” olub. İndi mənası dəyişib və mahnı oxumaqla əlaqədar işlənir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Ərəbcə zərb “vurmaq”, məsəl isə “uyğun” deməkdir. Zərb-məsəl “uyğun sözlə yerində vurmaq” kimi başa düşülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
“Əlinin zərbəsi (gücü)” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Zərd farsca “sarı”, ab isə “su” deməkdir. Mənası “öd”dür (sarı su). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farsca zər (qızıl) və əfşan (şüa saçan) sözlərindən əmələ gəlib. “Qızıl saçan” (parlayan), “qızıla tutulmuş (bəzənmiş) “qızıl saçan” (parlayan) “ anlamında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farsca “qızılçı” (qızıl ustası) deməkdir (-gər bizdəki -çı şəkilçisinə uyğun məna bildirir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Zərnişan sözünün ixtisarı ilə bağlı yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farsca “ətrafı zərlə bəzənmiş parça növü” deməkdir. Bizdə qadın adı kimi də işlədilir. Nigar sözünün bir mənası gözəl, şəkil deməkdir. Deməli, Zərnigar adı “qızıllı gözəl” (parlaq olan) kimi başa düşülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Zərrə ərəbcədir, bin isə farsca didən (görmək) feilinin qrammatik əsasıdır, “kiçiyi (zərrəni) göstərən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farsca zər “qızıl”dır, zəri isə “qızıl sapla toxunmuş parça növü”dür. Parçanın şəxs adı kimi işlədilməsi geniş yayılıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farscadır, “tacı qızıldan olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)