“Двигать” mənasını əks etdirən ırna (yırna) sözümüz olub. Yelləncək sözünün sinonimi kimi ırğanda kəlməsi də qeydə alınıb. Yırğala sözü bunlarla qohumdur: sözün ilkin kökü yer kəlməsidir, ondan yürümək, yorğa (əsli: yoruğa olub), yerimək sözləri əmələ gəlib. Yırğala sözü yır-ı-ğa-ala şəklində olub, yır ismidir, -ığa onu feilə çevirib, -ala şəkilçisi isə (müq. et: eşələ, səpələ...) sözə intensivlik mənası verib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDağıtmaq kəlməsindən darmadağın, bağırmaq feilindən bar-barbağırmaq əmələ gəldiyi kimi “yığışmaq”dan da yır-yığış sözü törəyib. Darmadağın, əslində, dağmadağın, bar-bar bağırmaq bağ-bağ bağırmaq kimi olub, sonra ğ səsi d səsi ilə əvəz olunub. Həmin qəlib üzrə də yığ-yığış kəlməsi yır-yığış şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiEtimoloji cəhətdən düzəltmə sözdür. Kökü yoğfeildir, yoğmaq “dolmaq” anlamında işlədilib. Yoğun sifətdir “üstün” “yaxın”, “sərin” sözlərinin qəlibi üzrə yaranıb və “dolu”, “kök”, “diametri böyük” deməkdir. İndi yoğun və qalın sözlərinin hər ikisinin antonimi kimi nazik sözündən istifadə edir və səhvə yol veririk. Nazik kəlməsi yoğun sözünün antonimidir, qalın sözününkü isə yuxa sözüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQədim mənası “qarışdırmaq” deməkdir. Bir vaxtlar qatıq əvəzinə yoğurt işlətmişik (“südlə mayanın qarışığı” deməkdir). Qovurmaq sözü göy(od) kəlməsindən düzəldiyi kimi köyğur, yoğur sözü də “qarışıq” mənasını verən yo kökündən törəmiş feildir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Kök “yox”dur, -su feil düzəlib (Anadolu türklərində yox-su-maq feili var), qax-sı-maq qəlibi üzrə yaranıb. Yoxsul isə həmin feildən düzəlmiş sifətdir.
2. Mənbələrdə yoxsuz kimi də qeydə alınıb. Sinonimi çığay (kasıb) sözü olub. “Бедность” anlamında yoxsuzluq sözü işlədilib. Qəribə burasıdır ki, yox sözü ilə -suz şəkilçisi birləşəndə müsbət məna alnmalıdır. Çünki iki mənfi mənalı element birləşib müsbət məna verir (müqayisə et: pis deyil, yəni yaxşıdır). Bu baxımdan yoxsuz da, əslində, varlı kimi başa düşülməlidir. Türk dillərində -sal(-sel) şəkilçisi –lı4 şəkilçisinin sinonimidir. Deməli, yoxsul sözü, əslində, yoxsel kimi olub. -lı4 şəkilçisi qoşulduğu sözün mənasına çoxluq əlaməti gətirir: sulu, yəni suyu çox olan, yoxsul da bu baxımdan “kasıblığın çox olan” kimi başa düşülməlidir. Mənbələrdə sözün həm də yoxsuz kimi qeydə alınmasını təhrif kimi qəbul etmək daha inandırıcı olar (yoxsel kəlməsi təhrif nəticəsində yoxsuz olub). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏsli ağuş olub, eniş kəlməsinin antonimi kimi yaranıb. Ağ “yuxarı qalxmaq” deməkdir, ağuş isə “aşağıdan yuxarı gedən” anlamını əks etdirir. Yuxarı, yoxuş, yüksək sözlərinin hamısında qədim kök məhz ağ sözüdür. Üzünə ağ olmaq, hərəkətində ağ eləmək ifadələrində də ağ sözü “normasını aşmaq” (çox yuxarı qalxmaq) anlamı əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏsli yor (yörelqe,oruq kimi də işlədilib) kimi olub. Yerimək, yüyürmək sözü ilə də bağlıdır. Yəni yol yerimək (hərəkət, gediş-gəliş) üçün nəzərdə tutulan “yer” deməkdir. Yol sözünün “dəfə” (reys) mənası da mövcuddur. Bu sözlə bərabər, eyni mənada oruq sözü də işlədilib. Yerimək, yorğa, yürüş, yorulmaq sözləri həmin oruq sözü ilə bağlıdır. Or “yer” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti