Fars sözüdür. Türk dillərində onun yerinə, ayğır toyuq, erkək toyuq, avdan, ötən kimi sözlər işlədilib. Avdan sözünün dan hissəsi dan ulduzu birləşməsindəki dan sözü ilə eynidir, “səhər”, “işıq” deməkdir (aydın sözü də “ay işığı” deməkdir). Avdan sözündəki av hissəsinin mənşəyini müəyyənləşdirə bilmədim, hər halda quş mənasını verən söz olmalıdır: avdan ya səhər quşu, ya da səhər oxuyan kimi qəbul oluna bilər. “Səhər oxuyan” mənası daha inandırıcıdır: çuvaşlar xoruza ötəş (oxuyan) deyir, ruslarda петух “петь” sözündəndir və s. Deməli, oxuma mənası üstünlük kəsb edir. Məncə, sözün əsli ay+dan (səhər oxuyan) kimi olub, ay qədim türk dillərində ayıtmaq sözünün köküdür. Ötəş sözü çuvaş dilində indi də işlədilir, oxumaq, banlamaq, ötmək sözü ilə bağlıdır. Rus dilində аркать sözü var, кричать sözünün sinonimidir (indi çox az işlədilir). Tədqiqatçılar аркать (арать) kəlməsini türk mənşəli hesab edirlər. Avdan (xoruz) sözünün av hissəsi, güman ki, ar olub. Sözün mənası “dan üzü qışqıran (banlayan)” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFars sözüdür, xor və çin hissələrindən ibarətdir. Xor “xörək”lə kökdaşdır, “azuqə” deməkdir, çin isə “yığmaq” deməkdir. Xurcun “azuqə qabı” kimi anlaşıla bilər. Bəlkə də, xordan (yəni azuqə qabı) kimi olub (müqayisə et: qənddan...). Türk dillərində xurcun yerinə, arçı sözündən istifadə edilib. “Məsafə” mənasını verən araç, “ayırmaq” anlamında işlədilən ar, “elçi” (сват) mənasını əks etdirən arquçu sözlərimiz mövcud olub. Deməli, arçı “iki yerə ayrılan” (iki gözü olan), “arada məsafəsi olan” mənasını əks etdirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti