Fars sözüdür, dərzin döyülmək üçün yığıldığı yerə deyirlər və xərlə (eşşəklə) bağlıdır. Görünür, xırmanı eşşəklə döyüblər və o, vəli arxasınca müntəzəm çəkib (-man bu müntəzəmliyi bildirən şəkilçidir və dəyirman sözündə də özünü göstərir). 2-ci mülahizə də var: farsca xırman sözünün bir mənası da “taxıl tığı (dən topası)” deməkdir. Xırmangah farslarda “гумно” (xırman) deməkdir. Bu mənada xırman elə “taxıl yığılan sahə” anlamını əks etdirir. Sonuncu yozum daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiRadlovun əsərində bu söz qoş kimi verilib. Qoşa sözü ilə eyni kökə malikdir (təsadüfi deyil ki, farslar cüt sözündən istifadə edirlər: cütcü babasan...) Səbəbi isə odur ki, xışa bir boyun (yəni bir boyunduruqluq, iki ulaq) qoşurlar. Bəzən xış sözünü fars mənşəli hesab edirlər. Səhvdir. Dilimizdə xışma sözü var və o da qoşa sözü ilə qohumdur, xışma iki ovucun qoşalaşması ilə bağlı işlədilir. Qovuşmaq feili də qoşa (qoşalaşma, birləşmə) sözü ilə əlaqədardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFars mənşəlidir və əsli xırn+ək kimi olub, “dovşan balası” (-ək kiçiltmə bildirir) deməkdir. Qərb dialektlərində yapon xurmasına da (xırda və çox şirin meyvəsi olur) xirnik deyirlər. Görünür, xurma+ək (kiçik xurma) kimi olub. Farslar qoduq yerinə, xərək (xər “eşşək”, -ək kiçiltmə şəkilçisi) işlədirlər (görünür, xötək sözü də bunun təhrifidir). Deməli, xırn-ək, xurma-ək xər-ək tipli sözlərin hamısı kiçiklik anlamı ilə bağlıdır. Söz finik sözünün təhrifi ilə bağlı ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAlınma sözdür, bizdə onun əvəzinə, tarmaz kəlməsi işlədilib. M.Kaşğaridə tarğa sözü var, “kal”, “yetişməmiş”, “göy” anlamlarında açıqlanıb. Görünür, tar(maz) və tar(ğa) sözləri kökdaş feillər olub, axmaz (göl) qəlibi üzrə tarmaz, qovurğa qəlibi üzrə isə tarğa kəlməsi əmələ gəlib. Deməli, xiyar (tarmaz) “göy yeyilən” mənasını əks etdirib. Dillərin çoxunda xiyar məfhumu “kal” mənasını verən sözlə ifadə olunur. Xiyarı türk mənşəli hesab etmək və göyər(mək) sözü ilə bağlamaq da mümkündür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBəzən bu sözü farsca olan xord (поглащение) kəlməsi ilə qarışdırırlar. Əslində, yunan sözüdür və “insanda, xordalı heyvanlarda skelet oxu (bel teli)” deməkdir. Xorda yunanca “tel” deməkdir, “belin teli (skelet oxu)” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti